Rəngdar (keçmiş adları Rənginədahar, Vəngidar) — Azərbaycan Respublikasının Quba rayonunun Xaltan kənd inzibati ərazi dairəsində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir.
Toponimikası Rəngidar (oyk.), (sadə.) - Dağətəyi ərazidədir.
Əsl adı Rənginədahardır. Oykonim tat dilindəki "rənginə" (rəngli) və "dahar" (qaya) sözlərindən düzəlib, “rəngli qaya” mənasındadır. Kənd eyniadlı qayanın yaxınlığında salındığından həmin qayamn adını daşıyır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 123 nəfər əhali yaşayır. Kənd əhalisi tatlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri