Elman Osman oğlu İsgəndər — biologiya elmləri doktoru, BDU-nun professoru, Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri.

Həyatı Elman İsgəndər 1955-ci il aprel ayının 5-də Ermənistan SSR Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. 1962-ci ildə orta məktəbin 1-ci sinfinə başlamış, 1972-ci ildə orta məktəbi bitirmişdir.

1973-cü ildə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə daxil olmuş və 1978-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1978-ci ildən 1983-cü ilə kimi İsmayıllı rayonunda təyinatla müəllim işləmişdir.

Ailəsi Evlidir, 2 övladı var.

Elmi Fəaliyyəti 1983-cü ildə Azərbaycan Respublikası EA Botanika institutunda aqronom vəzifəsinə işə götürülmüşdür. 1984-cü ildə "Botanika" ixtisası üzrə aspiranturaya daxil olmuş və 1989-cu ildə "Qafqaz florasına aid nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin Abşeronda bioekoloji xüsusiyyətlərinin öyrənilməsi" mövzusunda dissertasiya işini müdafiə etmiş və biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Sonrakı illərdə kiçik elmi işçi, elmi işçi, böyük elmi işçı, aparıcı elmi işçi vəzifələrində çalışmışdır.

1995-ci ildə dosent diplomu almışdır.

2000-ci ildən 2007-ci ilə qədər Türkiyədə Qaziantep Dövlət Universitetində Botanika Bağı yaratmaq və Biologiya bölümündə ders demək məqsədilə orada dosent vəzifəsində çalışmışdir.

2012-ci ilin yanvar ayında "Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin, reproduksiyasının və repatriasiyasının elmi əsasları" mövzusunda biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamış, müvəffəqiyyətlə müdafiə etmiş və biologiya elmləri doktoru elmi dərəcəsi almışdır.

2014-cü ildən Bakı Dövlət Universitetinin "Bioekologiya" kafedrasında professor vəzifəsinə seçilmişdir. Hal-hazırda AMEA Mərkəzi Nəbatat Bağında "Ağac və kol bitkiləri" laboratoriyasının müdiri vəzifəsində çalışır.

Azərbaycan florasına aid nadir və nəsli kəilməkdə olan ağac və kol bitkilərinin bioekoloji xüsusiyyətləri, introduksiyası, morfogenezi, reproduksiya və reintroduksiyası in situ və ex situ şəraitində müqayisəli şəkildə tədqiq edilmiş, həmin bitkilərin areallaının kiçilmə səbəbləri aşkar edilərək onların təhlükə kateqoriyaları müəyyənləşmis və mühafizə edilmələri üçün təkliflər verilmişdir. Yaşıllaşdırmada istifadəsi üçün perspektivli növlər aşkar edilərək, istifadələri üçün təkliflər hazırlanmış və ilk dəfə Abşeron şəraitində ağac və kol bitkilərinin introduksiyasının perspektivliyinin qiymətləndirilməsi üçün şkala hazırlanmışdır

Elmi əsərləri Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 125, onlardan xaricdə çıxmış elmi əsərlərinin sayı 62, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 10-dir.

Kitabları Тощумсуз Биткилер Лаборатуар Кылавузу Эазиантеп Цниверситеси, Фен Едебиййат Факцлтеси Бийолojи Бюлцмц, Эазиантеп, 2002, 112 с. Эазиантепин доьал биткилери китаб Баскы Ферса Матбаа-Анкара, Эазиантеп-2006, 176 с. Gaziantepin Geofit (Soğanaqlı) Bitkiləri Kitab Gaziantep, Şehitkamil Bələdiyyəsi. Kültür yayınları, 2010 178 s. Azərbaycan dendroflorası I cild Kitab "Elm" nəşriyyatı, Bakı 2013 Azərbaycan dendroflorası II cild Kitab "Elm" nəşriyyatı, Bakı 2014 Azərbaycanın nadir ağac və kol bitkiləri Kitab "Elm" nəşriyyatı, Bakı 2014 373 s. Azərbaycanın nadir oduncaqlı bitkilərinin bioekologiyası, çoxaldılması və mühafizəsi Kitab "Elm" nəşriyyatı, Bakı, 256 s. 2014

Məqalələri Искендеров Э. Оценка перспективности интродукции редких и исчезающих древесных видов Кавказа в условиях Апшерона. Бюлл. ГБС, Москва, 1993, стр. 124–130 İskender E., Zeynalov Y., Özaslan M., Canan C. 2005. The morphogenesis of buds of the rare and disappearing plant Alnus subcordata C. A. Mey. J."Biotechnology &Biotechnology Eguipment 19/2005/3.77–84 ISSN 1310–2818 İskender E., Y. Zeynalov, M. Özaslan, B. M. Çakır, F. Yayla and F. N. İncik. 2005. Tree and shrub species of the Huzurlu High Plateau (Gaziantep, Turkey). Phytologia Balcanica Sofia vol. 11(2) s. 149–156 ISSN 1310–771 Ozuslu E., E. Iskender, M. Ozaslan and Y. Zeynalov. The Investigation of the flora of Sof Mountains (Gaziantep, Turkey). Flora Mediterranea. Italia Volum 15:179–209. 2005. ISSN 1120–4052 Can C., M. Ozaslan, K. Sarpkaya, H. Toremen and E. Iskender In Vitro Micro-grafting of Pistachio, Pistacia vera L. var. Siirt, Onto Wild Pistachio Rootstock. On Wild Pistachio Rootstocks. The Journal of Cell and Molecular Biology 5:25–31, 2006 ISSN 1303–3646 E. Iskender, Y. Zeynalov, M. Ozaslan, F. N. Incik, F. Yayla. Investigation and Introduction of Some Rare and Threatened Plants from Flora of Turkey. J."Biotechnology &Biotechnological Eguipment 20/3/2006 p. 60–687. Искендеров Э. Изучение и сохранение редких и исчезающих древесных растений Азербайджана в ex situ и in situ. Вестник Киевского НУ им Т. Шевченко. 2009, Киев, стр. 138–139

Xarici keçidlər http://cbg.org.az/aze/researchers/Isgender_Elman.html http://science.gov.az/forms/doktora-nauk-tsentralnogo-botanicheskogo-sada/2224

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan botanikləri Kateqoriya:Biologiya elmləri doktorları Kateqoriya:Bakı Dövlət Universitetinin professorları Kateqoriya:Bakı Dövlət Universitetinin professorları