Mahir Aslanov () — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırışDördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 29 noyabr tarixli iclasın stenoqramı. meclis.gov.az deputatı.
Həyatı M. Aslanov 1949-cu il noyabrın 22-si Naftalan şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1971-ci ildə Xabarovsk vilayətinin Teploozyorski sement zavodunda mexanik kimi başlayıb. 1973–1978-ci illərdə "Aztransqaz" İstehsalat Birliyində mühəndis, böyük mühəndis və avtomobil təsərrüfatının müdiri vəzifələrində çalışıb. 1978–1992-ci illərdə Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyində təhlükəsizlik texnikası üzrə mühəndis, böyük mühəndis, şəhərlərarası sərnişindaşıma avtobus parkında baş mühəndis, avtokombinatda aparıcı mühəndis, baş mühəndisin müavini və baş mühəndis olub.
1992-ci ildən "Azəravtonəqliyyat" Dövlət Konsernində aparıcı mühəndis kimi fəaliyyət göstərib. 1993-cü ildən "Azazmoimport", 1995-ci ildən isə "Kəpəz" firmasının direktoru vəzifəsində çalışıb.
O, 2010–2020-ci illərdə Milli Məclisin iki çağırış deputatı olub. Bitərəf deputat olan Mahir Aslanov Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olub. O, Azərbaycan–Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Belçika, Bolqarıstan, Finlandiya, Gürcüstan və Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü kimi fəaliyyət göstərib.
24 fevral 2026-cı ildə Türkiyənin İzmir şəhərində yerləşən "Medicana" xəstəxanasında ürək əməliyyatı zamanı dünyasını dəyişib.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları