Klisson qəsri () — Fransanın Breton bölgəsində Klisson yaşayış məntəqəsində yerləşən qəsr. Klisson ailəsinin evi olub.
Haqqında Müstəqil Breton dövründə Anjou və Poytou bölgələrinin kəsişmə nöqtəsində yerləşdiyindən hersoqluğun vacib qəsri olub. Qəsrin ilk sahibləri burada XI əsrdə yaşayıblar. Qəsr ilə əlaqədar ilk məlumatlar 1040-cı ilə aiddir. Klisson ayrı-ayrı vaxtlarda 23 bölgənin əhəmiyyətli qəsri olmuşdur.
Bugünkü qəsrin böyük hissəsi XIII əsrə aiddir. Qillem de Klisson bu qəsri Sevr Nantayse çayının yaxınlığında tikdirmişdir. XIV əsrdə III Oliver Klisson qəsrin girişində yeni tikili tikdirmişdir.
Qalereya
Kateqoriya:Fransa abidələri Kateqoriya:XI əsrdə yarananlar Kateqoriya:Fransa qalaları Kateqoriya:XI əsr memarlığı