Zabumafu () — ABŞ-də yayınlanmış sənədli film. Proqram 25 yanvar 1999-cu il ilə 28 aprel 2001-ci il arasında yayımlanmışdır. Cəmi 2 sezon 65 seriyası var. Programı Kris Kratt ve Martin Kratt təqdim edir. Proqramda bir dənə Zabumafu (qısaca Zabu) adında bir sifaka lemuru da yer almaqdadır.
Quruluş Hər bölüm təbiətin qanunlarının dəyişdiyi və Kratt qardaşların vəhşi heyvanları ziyarət etmək və onlarla oynamaq üçün gəldiyi Heyvan Görüşmə Mərkəzi deyilən yerdə başlıyır. Heyvan Görüşmə Mərkəzinə gəldiklərində Kratt qardaşlar pəncərəyə yanaşır ve Zabumafunu çağırır. Zabumafu Heyvan Görüşmə Mərkəzinə gələndə ona manqo dilimi, noxud, şirin kartof kimi yeməklər verirlər və Zabumafu bunları yedikdən və ZABUMAFU deyə bağırdıqdan sonra həqiqi bir lemurdan kukla bir lemura çevrilir. Arxa plandakı bir musiqi ilə gələn "Bu kim ola bilər?" hissəsində Zabu gördüyü bir heyvanı təsvir edir ve Kratt qardaşlar bu heyvanın hansı olduğunu tapmağa çalışırlar. Proqram boyunca Kratt qardaşlar bəzi heyvanların bəlli bir xüsusiyyəti haqqında danışırlar ve o heyvanlar Heyvan Görüşmə Mərkəzində qalırlar. Proqramda Zabu arada Zabulanddə başına gələn bir hadisəni danışır. Proqramın bitməsinə yaxın Kratt qardaşlar Heyvan Görüşmə Mərkəzidən ayrılırlar və o günkü heyvanları daha yaxşı tanıda bilmək üçün Hindistan, Afrika kimi yerlərə gedər və orada seriyaya uyğun heyvanı tapıb tanıdarlar. Program Animal Friends Song (Heyvan dostları mahnısı) ve Kratt qardaşlarla Zabumafunun "bir heyvanı özünüzə dost eləyin" deməsi ilə bitər .
Seriyalar Sezon Seriyalar Orjinal yayım vaxtı Sezonun başlanğıcı Sezonun sonu 1 40 25 yanvar 1999 19 may 2000 2 25 1 yanvar 2001 28 aprel 2001
Təltiflər Zabumafu 2001-ci ildə uşaq seriallarındakı yaxşı rejissorluğuna görə Emmi mükafatı aldı və 2001-ci ilin yazında Valideynlərin seçimi və 2001-ci ilin payızında Gümüş Şərəf mükafatlarını qazandı.
İstinadlar
Xarici keçidlər
Zabumafu tv.comda
Kateqoriya:ABŞ teleserialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Uşaq teleserialları Kateqoriya:Qardaşlar haqqında teleseriallar Kateqoriya:Nyu-York şəhəri haqqında teleseriallar