Bütün müsəlmanlar tərəfindən müqəddəs məkan olaraq qəbul edilmiş üç məsciddən əlavə, şiə müsəlmanları Məhəmmədə, onun ailə üzvlərinə (Əhli-beyt) və nəslinə (şiə İmamları da daxil olmaqla), onların səhabələrinə və peyğəmbərlərə aid məkanları da müqəddəs hesab edirlər. Məkkə, Mədinə, Qüdsdən sonra şiələr tərəfindən ən çox ehtiram göstərilən yerlər Nəcəf və Kərbəladır.

Bütün müsəlmanlar tərəfindən qəbul edilmiş müqəddəs məkanlar

Məscidül-Həram (Məkkə) thumb|Məscidül-Həram (Məkkə, Səudiyyə Ərəbistanı) Məscidül-Həram (; trans.: Məscidül-həram; ) Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşir və İslam dünyasının ən böyük məscididir. Bu məscid müsəlmanların hər gün namaz qılmaq üçün üzlərini çevirdikləri (qiblə) Kəbəni əhatə edir və müsəlmanlar tərəfindən Yer üzünün ən müqəddəs məkanı hesab edilir.

Hazırkı bina daxili və xarici ibadət yerləri də daxil olmaqla 356 800 m2 (3 841 000 fut2) ərazini əhatə edir və Həcc mövsümündə 820 000-ə qədər ziyarətçini qəbul edə bilir. Həcc mövsümündə məscid çoxsaylı ziyarətçiləri eyni anda qəbul edə bilmir. Ramazan bayramı (Fitr bayramı) namazlarına qatılmaq üçün 2 milyondan çox insan bura toplaşır.

İslam təliminə görə, Allah Qurani-Kərimdə məscid sözünü Qurani-Kərimin nazil olmasından əsrlər öncə İbrahim və onun nəsli tərəfindən Allaha ibadət evləri olaraq əsası qoyulan məkanlara istinad edərək işlətmişdir. Bu yerlərdən birincisi Məkkədəki Məscidül-Həram, ikincisi isə Qüdsdəki (Yerusəlim) Məscidül-Əqsadır. İbrahim və İsmail tərəfindən əsası qoyulmuş Kəbə ərazisi Məkkə və Qüdsün 630–638-ci illər ərzində müsəlmanların nəzarətinə keçməsindən əvvəl politeist qeyri-müsəlman ərəblər tərəfindən istifadə edilmişdir.

Məscidün-Nəbi Məscidün-Nəbi (; trans.: Məscidun-nəbəvi; ) Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşir və İslamda ikinci ən müqəddəs məkan hesab edilir.

Bina əslən Məhəmmədin evi olmuşdur. O, Mədinəyə hicrət etdikdən (köçdükdən) sonra burada məskunlaşmış və sonradan torpaq üzərində məscid tikmişdir. O özü də ağır tikinti prosesində iştirak etmişdir. Orijinal məscid açıq hava binası (üstü açıq bina) idi və qadın-kişi ərazilərinə ayrılmamışdı. Məsciddə həmçinin icma mərkəzi, məhkəmə və dini məktəb (mədrəsə) də fəaliyyət göstərirdi. Quran öyrədən şəxslər üçün xitabət kürsüsü də ucaldılmışdı. Məscidin baş planı bütün dünyada bir çox məscidlərin tikilməsi üçün əsas rolunu oynamışdır. Məscidin özü Məhəmməd tərəfindən tikdirilib və ondan sonrakı rəhbərlər isə buranı genişləndirmiş və bəzəmişlər. Bu məkanın ən mühüm xüsusiyyəti Yaşıl Gümbəzdir, hansı ki, yerləşmə baxımından Məscidin mərkəzinə (Məhəmmədin qəbri üzərinə) düşür. Bu günbəz 1817-ci ildə tikilib, 1839-cu ildə isə yaşıl rəngə boyanıb və Peyğəmbər Günbəzi kimi tanınır.

Məscidül-Əqsa 200px|thumb|right|Məscidül-Əqsa Məscidül-Əqsa (; trans.: əl-məscidul-əqsa; ), həmçinin Əl-Əqsa kimi tanınır. Bu məscid həm şiə, həm də sünni müsəlmanları nəzdində müqəddəs sayılır və Qüdsün Qədim Şəhər ərazisində yerləşir. Gümüş günbəzli məscid (əl-Əqsa) yerləşən ərazi Qübbətüs-Səhra ilə birlikdə əl-Həram əş-Şərif, yaxud Beytül-Müqəddəs (Müqəddəs ev) adlanır.Schieck, Robert (2008) in Geographical Dimension of Islamic Jerusalem, Cambridge Scholars Publishing; See also Omar, Abdallah (2009) al-Madkhal li-dirasat al-Masjid al-Aqsa al-Mubarak, Beirut: Dar al-Kotob al-Ilmiyaah; Also by the same author the Atlas of Al-Aqsa Mosque (2010)

Müsəlmanların inancına görə, Merac gecəsi Məhəmməd Məkkədəki Məscidül-Həramdan Məscidül-Əqsaya Buraq adlı minik heyvanı ilə gedib. İslam rəvayətlərinə görə Məhəmməd hicrətdən sonrakı 17-ci aya, yəni Allah Kəbəni qiblə qərar verənə qədər Məscidül-Əqsaya tərəf namaz qılırdı.

Bütün şiələr tərəfindən qəbul edilmiş müqəddəs məkanlar

İmam Əli məscidi thumb|İmam Əli məscidi (Nəcəf, İraq) İmam Əli məscidi İraqın Nəcəf şəhərində yerləşir. Bu məscidin içində birinci şiə imamı Əli ibn Əbu Talibin qəbri yerləşir.

Həmçinin şiə müsəlmanlarına görə bu məsciddə aşağıdakı şəxslərin də qəbirləri var:

Adəm Nuh

Əli Məhəmmədin əmisioğlu və kürəkəni idi. Şiə əqidəsinə görə o, birinci qanuni xəlifə və Məhəmmədin təntənəli şəkildə elanı ilə birinci imam hesab edilir. Hər il buraya ən azı 8 milyon ziyarətçi axın edir və növbəti illərdə ziyarətçilərin sayının 20 milyona çatacağı gözlənilir.

Bir çox şiə inanır ki, Əli öz qəbrinin düşmənlərinə məlum olmaması üçün öz dostlarından və ailəsindən onu gizli dəfn etmələrini xahiş etmişdi. Güman edilir ki, bu sirr daha sonra Abbasilər xilafəti zamanında 6-cı şiə imamı Cəfər əs-Sadiq tərəfindən aşkara çıxarılmışdır.Majlesi, V.97, p. 246–251 Şiələrin əksəriyyəti Əlinin Nəcəfdəki İmam Əli məscidində dəfn edildiyini qəbul edirlər.

Həmçinin 6-cı imam Cəfər əs-Sadiqdən rəvayət olunur ki, İmam Əli məscidi 5 müqəddəs məkanın (Məkkə, Mədinə, İmam Əli məscidi (Nəcəf), İmam Hüseyn türbəsi (Kərbəla) və Xanım Məsumə hərəmi (Qum)) üçüncüsüdür.

İmam Hüseyn hərəmi 200px|thumb|right|İmam Hüseyn türbəsinin Əbülfəzl Abbas məscidindən görünüşü. İraqın Kərbəla şəhərində yerləşən İmam Hüseyn türbəsində aşağıdakı şəxslərin qəbirləri var:

Hüseyn ibn Əli (Məhəmmədin nəvəsi və 3-cü şiə imamı) Əli Əkbər ibn Hüseyn (Hüseynin oğlu) Həbib ibn Məzahir Bütün Kərbəla şəhidləri 7-ci şiə imamı Musa əl-Kazımın oğlu İbrahim

Məscid 680-ci ildə Kərbəla döyüşündə Hüseynin öldürüldüyü yerdə, qəbri üzərində inşa edilib.Shimoni & Levine, 1974, p. 160.Aghaie, 2004, pp. 10–11. Hər il milyonlarla insan Hüseynin öldürüldüyü Aşura gününü burada keçirmək üçün Kərbəlaya ziyarət edir. Kərbəlanın məqamını açıqlayan bir çox şiə rəvayətləri mövcuddur:

Bəqi qəbiristanlığı 200px|thumb|right|Bəqi məzarlığı Bəqi və ya Cənnətül-Bəqi (; trans.: Cənnətül-Bəqi; ) Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscidül-Nəbinin qarşısında yerləşir və orada aşağıdakı şəxslərin qəbirləri var:

Osman ibn Əffan (üçüncü İslam xəlifəsi) Həlimə bint Əbu Zuəyb – Məhəmmədin süd anası. Fatimə binti Əsəd – Əbu Talibin həyat yodaşı, Əlinin anası. Həsən ibn Əli (Şiələrin 2-ci imamı) Zeynülabidin (Şiələrin 4-cü imamı) Məhəmməd əl-Baqir (İsmaili və Cəfəri şiələrin 5-ci imamı) Cəfər əs-Sadiq (İsmaili və Cəfəri şiələrin 6-cı imamı) İsmail ibn Cəfər (İsmaililərin 7-ci imamı) Ümmül-Bənin – Əlinin həyat yoldaşı, Abbas ibn Əlinin anası. Şəhrəbanu – Hüseynin həyat yoldaşı, Zeynülabidinin anası.

Həmçinin bəzilərinin fikrincə Məhəmmədin qızı Fatimənin əsil qəbri də burada yerləşir.

Cənnət əl-Muəlla qəbiristanlığı 200px|thumb|right|Cənnətül-Müəllada Xədicə türbəsi dağıdılmamışdan öncə. Cənnət əl-Muəlla Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşir. Məhəmmədin bir çox qohumlarının qəbri məhz burada yerləşir:

Əbdülmanaf ibn Qusai – Məhəmmədin babasının babası. Haşim ibn Əbdülmanaf — Məhəmmədin babasının atası. Əbdülmütəllib — Məhəmmədin babası. Əbu Talib – Məhəmmədin əmisi və Əlinin atası. Xədicə binti Xuveylid – Məhəmmədin 1-ci həyat yoldaşı və Fatimənin anası. Qasım ibn Məhəmməd – Məhəmmədin körpə ikən ölən oğlu. Əminə binti Vəhb (güman edilir) – Məhəmmədin anası.

Xanım Zeynəb məscidi 200px|thumb|right|Xanım Zeynəb məscidi Xanım Zeynəb məscidi Suriyanın paytaxtı Dəməşqdə yerləşir. Məscid Əli və Fatimənin qızları, Məhəmmədin nəvəsi Zeynəbin məzarı üzərində inşa edilmişdir.

Əbülfəzl Abbas məscidi thumb|250px|right

Əbülfəzl Abbas məscidi İraqın Kərbəla şəhərində İmam Hüseyn türbəsinin düz qarşısında yerləşir. Məscid Əlinin və Ümmül-Bəninin oğlanları, Həsən və Hüseynin qardaşı Abbas ibn Əlinin məzarı üzərində inşa edilmişdir.

Hər il milyonlarla insan buranı ziyarət edir və ehtiramlarını nümayiş etdirirlər. Abbasın əsil qəbri ziyarətgahdadır və məqbərənin aşağısındadır.

Müxtəlif sülalərdən olan imperator və krallar Abbasın hərəminə qiymətli hədiyyə və ləl-cəvahirat təklif etmişdirlər. Bu tikili İran və Mərkəzi Asiya memarları tərəfindən layihələşdirilib (dizayn edilib). Mərkəzi armud formalı günbəz çox nəfis və dəbdəbəli şəkildə bəzədilmiş tikilidir. Onun kənarlarında iki minarə ucaldılıb. Qəbir saf qızıldan olan zərihlə örtülüb və gümüş hasarla əhatə edilib. Döşəmələrə isə İran xalçaları sərilib.

Xanım Rüqəyya məscidi 200px|thumb|right|Xanım Rüqəyya məscidi

Suriyanın paytaxtı Dəməşqdə yerləşən Xanım Rüqəyya məscidi Hüseynin qızı, adətən ləqəbi "Rüqəyya" adı ilə çağırılan Səkinə binti Hüseynin məzarı üzərində inşa edilmişdir.

Bab əs-Səğir qəbiristanlığı 200px|thumb|right|Bab əs-Səğir Suriyanın paytaxtı Dəməşqdə yerləşən Bab əs-Səğir qəbirstanlığında Məhəmmədin bir çox qohumları və Kərbəla həlak olanlar dəfn edilib:

Ümmü Gülsüm binti Əli: Əli və Fatimənin qızları, Məhəmmədin nəvəsi. Bilal ibn Rəbah əl-Həbəşi, ilk azan verən şəxs. Həmidə, Müslim ibn Əqilin qızı. Məymunə, Həsənin qızı. Səkinə (Fatimə əl-Kubra) binti Hüseyn, Hüseynin qızı (kiçik qızı Rüqəyya ilə qarışıq salınmamalıdır.). Əsma bint Umeys, Əbu Talibin oğlu və Əlinin qardaşı Cəfər ibn Əbu Talibin həyat yoldaşı. Abdullah ibn Zeynülabidin, Zeynülabidinin oğlu.

Şiə imamlarının ailələrinə məxsus digər türbələr 200px|thumb|right|Şah Əbdüləzim türbəsi Şiə imamlarının nəslindən olan şəxslərə mənsub bir çox türbələr var ki, bunlara adətən İmamzadə deyilir:

İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidi. Burada Müslüm ibn Əqil, Hani ibn Urvə və Muxtar Səqəfinin qəbirləri var. Bu məsciddə həmçinin peyğəmbərlər və Əli ilə əlaqədar məkanlar da var. Əlinin səcdədə olarkən başından ölümcül zərbə aldığı yer. Səudiyyə Ərəbistanının Mədinə şəhərinin yaxınlığındakı Uhud dağı. Burada Məhəmmədin əmisi Həmzə ibn Əbdülmütəllib də daxil olmala, bütün Uhud döyüşü şəhidlərinin qəbirləri var. İraqın Kufə şəhərində yerləşən Zeyd ibn Əli türbəsi. İranın Rey şəhərində yerləşən Şah Əbdüləzim türbəsi. Burada Həsən ibn Əlinin nəslindən olan bir şəxsin, həmçinin Zeynülabidinin və Musa əl-Kazımın oğullarının qəbri yerləşir. Məhəmməd ibn Məhəmməd ibn Zeydin (Zeyd ibn Əlinin nəvəsi) İranın Məşhəd şəhərində yerləşən qəbri. İraqın Musəyyib şəhərində yerləşən Övlad Müslim məscidi. Burada Müslim ibn Əqilin oğullarının qəbirləri yerləşir.

Məhəmmədlə əlaqəli digər məkanlar 200px|thumb|right|İkiqibləli məscid Quba məscidi. Səudiyyə Ərəbistanının Mədinə şəhəri ətrafında yerləşir. Bu məscid tarixə İslamda inşa edilən ilk məscid kimi düşmüşdür. Məkkədən Mədinəyə hicrət etdikdən qısa müddət sonra tikilməsinə qərar verilən bu məscidin ilk bünövrə daşları Məhəmməd tərəfindən qoyulub, sonra isə səhabələri tərəfindən tamamlanıb. Məhəmməd bu məsciddə 20 günə qədər Əlinin gəlməyini gözləmişdir. Qibləteyn məscidi (İkiqibləli məscid). Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşən bu məscid namaz istiqamətinin (qiblənin) Qüdsdən Məkkəyə dəyişdirildiyi yerdir. Hira mağarası. Səudiyyə Ərəbistanında Cəbəl ən-Nur dağında yerləşir. Bura Quranın ilk ayələrinin Məhəmmədə nazil olduğu yerdir. Məscidül-Əqsa. Qüdsdə yerləşən Əqsa məscidi və Qübbətüs-Səxra məscidinin daxil olduğu İslami dini tikililərin ümumi və ən qədim adıdır. Məscidül-Əqsanın müqəddəsliyi onun ilk qiblə olmasından irəli gəlir. Bu məkan, həmçinin, bir çoxlarının inancına görə Məhəmmədin meraca yüksəldiyi yerdir. Bəzi rəvayətlərə görə, bu məsciddə qılınan bir namaz digər yerlərdə qılınan 500 namaza bərabərdir (yəni, 500 namazın savabı var).Buxari, Səhihi Buxari, c. 2, kitab 21, hədis 288

Şiə imamları ilə, peyğəmbərlərlə və Kərbəla ilə əlaqəli digər məkanlar 200px|thumb|right|Hüseynin kəsilmiş başının qoyulduğu böyük qanlı daş Nüqtə məscidi. Suriyanın Hələb şəhərində yerləşir. Kərbəladan Şama (Dəməşqə) gedərkən yolda Hüseynin kəsilmiş başının qoyulduğu böyük daş bu məsciddə yerləşir. Məscidül-Hənnanə. Nəcəfə daha yaxın olmaqla Nəcəf-Kufə yolunda, şəhərdəki dini elmlər akademiyasının qarşı tərəfində yerləşir. Burada "Əs-Səviyyə" adlanan bir yer var ki, Əlinin ən yaxın dostları orada dəfn olunmuşdur. Hüseynin Kərbəla döyüşündə rəqibləri tərəfindən soyulmuş başının dərisinin parçalarının (qalıqlarının) burada basdırıldığına inanılır. Əlinin evi. İraqın Kufə şəhərində yerləşir.