Qurbanəli Abbasov () — Ukraynanın "Əməkdar artisti", "Tərəqqi" medalı laureatı
Həyatı və fəaliyyəti Qurbanəli Həsən oğlu Abbasov 1952-ci il yanvarın 16-da Naxçıvan şəhərinin Qaraçuq kəndində anadan olmuşdur.1974-cü ildə Kiyev şəhərindəki M. Qliyer adına Musiqi Peşə Məktəbində musiqi təhsili almışdır.1979–1984-cü illərdə P. İ. Çaykovski adına Kiyev Dövlət Konservatoriyasının vokal şöbəsində təhsilini davam etmişdir. 1985–1992-ci illərdə Almaniyanın Veymar şəhərində musiqi mütəxəssisi kimi çalışmışdır.1986-cı ildə Almaniyanın Leypsik şəhərində keçirilən vokal üzrə Beynəlxalq musiqi festivalının laureatı olmuşdur.1992-ci ildən Ukrayna Dövlət Sərhəd Qoşunlarının mahnı və rəqs ansamblının solisti kimi fəaliyyətini davam etdirmişdir.1999-cu ildən Ukrayna Azərbaycanlıları Konqresinin nəzdində yaranmış "Azərbaycan" mahnı və rəqs ansamblına rəhbərlik edir. 1997-ci ildə Ukraynanın "Əməkdar artisti" fəxri adına layiq görülmüşdür.2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
İstinadlar diaspora.gov.az Azərbaycan Diasporu Ensiklopedik Məlumatlar Toplusu
Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:Ukrayna azərbaycanlıları