Qəzvin xanlığı — 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Qəzvin şəhəri idi. Qərbdən Ərdəlan, şərqdən Xalxal, cənubdan Kərəc və Həmədan xanlıqları ilə həmsərhəd idi.

Tarixi Qəzvin hakimi Pənah xan Əmmərlu çoxsaylı bir qoşun tərtib edib şahlıq həvəsinə düşmüşdü. İlk öncə Təbrizi alıb, paytaxt etmək istəyirdi. Qoşunla gəlib, Təbrizin 6 ağaclığında oturaq etdi. Azad xan Əfqan Fətəli xan Araşlı-Avşara göstəriş verdi ki, 4 min nəfərlik qoşunla onu dəf etsin. Fətəli xan böyük şücaətlə, şəhamətlə onu yenib, darmadağın etdi.

Xanları Pənah xan Əmmarlı (1747-1764) Rüstəm xan Əmmarlı (1764- 1788), O, Tonekabun hakimi olmuşdu. İbrahim xan Əmmarlı

Həmçinin bax Azərbaycan xanlıqları Qəzvin Qəzvin vilayəti

Mənbə Ənvər Çingizoğlu, Qəzvin xanlığı. Bakı, "Mütərcim", 2014.– 192 səh.

Kateqoriya:1747-ci ildə yarananlar Kateqoriya:XVIII əsr tarixi