Toledo kafedralı (isp.Catedral de Santa María de Toledo) - İspaniyanın Kastiliya-La Mança bölgəsində, Toledo şəhərində yerləşən kafedral. Müqəddəsi Məryəmdir. Hündürlüyü 120 metr, genişliyi 59 metrdir.

Haqqında

Kafedral qotika üslubunda inşa edilmişdir. Kafedralın oxşarı Fransada yerləşən Burqs kafedralıdır. Kafedralın əsasını 1226-cı ildə Kastiliya və Leon kralı III Ferdinand tərəfindən qoyulmuş, inşası isə 1493-cü ildə tamamlanmışdır. 1986-cı ildə Toledo kafedralı şəhərin qədim hissəsi ilə birlikdə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.

Qalereya

Kateqoriya:İspaniya memarlığı Kateqoriya:İspaniya kafedralları Kateqoriya:XIII əsr memarlığı Kateqoriya:1226-cı ildə yarananlar Kateqoriya:Katolik kafedralları Kateqoriya:Bakirə Məryəmə ithaf edilmiş kafedrallar Kateqoriya:Günbəzli kilsə binaları