Kitabşünaslıq (ing. "Bibliology" və ya "Book Science") — kitablar və kitab işi barədə kompleks elm. Yazılı əsərlərin və nəşrlərin cəmiyyətdə yaradılması, yayılması və istifadə edilməsi proseslərini öyrənir.БСЭ. — 3-е изд. — М., 1973. — Т. 12. — С. 339..

XVI əsrdə fransız J. J. Pev tərəfindən istifadə edilmişdir. Bibliologiya termini altında kitablar haqqında düşünmək, onlar haqqında və ya onların məzmunu, tarixi haqqında inamla danışmaq başa düşülürdü.Azərbaycan Kitabxana Ensiklopediyası. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, M. F. Axundzadə adına Milli Kitabxana. Bakı. 2015. s.. V. Q. Anastasyevic kitab nəzəriyyəsini biblioqrafiya kimi başa düşür, P. Otle biblioqrafiyanı kitab haqqında nəzəri biliklərin məcmusu hesab edir və onun tərkibinə biblioqrafiyanı da daxil edirdi. N. M. Lisovski və M. N. Kufaev isə onu kitabın fəlsəfəsi adlandırırdı. 1931-ci ildə A. Q. Fomin bibliologiya terminini kitabşünaslıq termini ilə əvəz etməyi təklif etdi.

Həmçinin bax Biblioqrafiya Kitab

İstinadlar

Kateqoriya:Filologiya Kateqoriya:Kitabxana işi Kateqoriya:Kitabxanaşünaslıq Kateqoriya:Mediaşünaslıq