Nüreddin Aras () — "Tərəqqi" medalı laureatı (2006).Azərbaycan Diasporu Ensiklopedik Məlumatlar Toplusu

Həyatı Nüreddin Aras 1954-cü il martın 6-da İğdır şəhərində anadan olmuşdur. Nurəddin Aras əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır. 1914-cü ildə erməni zülmündən İğdıra köçən Aras ailəsi hazırda şəhərin ən böyük ailələrindən biridir. İlk, orta və lisey təhsilini İğdırda almışdır. Liseydən sora Almaniyaya getmiş və Hote İnstitutunda dil təhsili almışdır. Sonra Erlanqen Universitetinin İdman Akademiyasında təhsilini davam etmişdir.

İstanbul Universiteti Ədəbiyyat fakültəsinin coğrafiya bolumundə təhsil almışdır.1980-ci ildə İğdırda coğrafiya müəllimi təyin olunmuşdur. 1999 və 2004-cü illərdə keçirilən seçkilərdə qalib gələrək 10 il İğdır Bələdiyyə sədri olmuşdur. 2011-ci ildə keçirilən Türkiyə Ümumi Seçkilərində Ədalət və İnkişaf Partiyasından II nömrəli millət vəkili namizədi olaraq göstərilmişdir.

Azərbaycanla münasibətə həmişə böyük önəm verən Nureddin Arasın təşəbbusu və dəstəyi ilə hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar Avropa ölkələrində beynəlxalq konfrans keçirilir. Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı cıxan Nureddin Aras İğdırın Azərbaycanla, xüsusilə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin genişlənməsində önəmli rol oynamışdır.

Mükafatları 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

İstinadlar

Xarici keçidlər http://diaspora.gov.az/index.php?options=content&id=569

Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:İğdır bələdiyyə başçıları Kateqoriya:TBMM XXVI çağırış deputatları