Nigar Xudadat qızı Rəfibəyli () — azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairəsi (1981), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1967).
Həyatı thumb|Nigar Rəfibəylinin atası Xudadat bəy Rəfibəyli Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932–1936). Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində (1930–1932), "Azərnəşr"də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor (1931), "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor (1937–1939) vəzifələrində işləmişdir. Xidmətlərinə görə "Şərəf" nişanı, orden və medallarla təltif olunmuşdur.
"Çadra" adlı ilk şeri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk "Şerlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" (1936) şeri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. "Cəmilə" şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.
Məhsəti Gəncəvinin rübailərini, Evripidin "İfigeniya", Fridrix Şillerin "Məkr və məhəbbət", Anton Çexovun "Vanya dayı", "Albalı bağı" dramalarını, E. L. Voyniçin "Ovod", O. Qonçarın "Bayraqdarlar" romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş. Petöfi, A. Mitskeviç, A. Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.
1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı II Fəxri Xiyabandadır.
thumb|300px|right|Rəsul Rza və Nigar Rəfibəylinin Bakıda xatirə lövhəsi (Bakı)
Mükafatları "Şərəf nişanı" ordeni — 9 iyun 1959 "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 21 oktyabr 1967 Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 28 iyun 1973Şairə N. X. Rəfibəylinin Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 28 iyun 1973-cü il tarixli Fərmanı — anl.az saytı "Azərbaycan SSR xalq şairəsi" fəxri adı — 19 iyun 1981
Kitabları Təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan kitabları Şerlər (1934) Dənizin səsi gəlir (1964) İşıqlı dünyam (1969) Günəşdən gənclik istədim (1974) Həzin bir axşamda düşsən yadıma (1982) Şanlı nəsillərin yadigarısan (1982)
Müharibə movzusuna və müharibə əleyhinə həsr olunan kitabları Zəfər nəğməsi (1943) Şerlər (1949) Anaların səsi (1951) Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən (1957)
Uşaqlar üçün yazdığı kitablar Balaca qəhrəman (1942) Günəşin cavabı (1966) Məstanın balaları (1968) Bizə bahar yaraşır (1978)
İstinadlar
Xarici keçidlər
Şeirlərinə yazılmış mahnılar Şövkət Ələkbərova — Güllər — musiqi: Emin Sabitoğlu Akif İslamzadə — Ala gözlüm — musiqi: Emin Sabitoğlu Zeynəb Xanlarova — Dağları duman alanda — musiqi: Emin Sabitoğlu Xədicə Abbasova — Aman ayrılıq — musiqi: Emin Sabitoğlu
Digər N. Rəfibəylinin və R. Rzanın şeirləri və şeirlərinə mahnılar diski Rəsulun Nigarı Rəsul Rza və Nigar Rəfibəylinin uşaq şeirlərinin yeni nəşri təqdim olunub
Kateqoriya:Rəfibəylilər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycanın qadın şairləri Kateqoriya:Azərbaycan SSR xalq şairləri Kateqoriya:Azərbaycan romançıları Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilənlər Kateqoriya:XX əsr Azərbaycan şairləri Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Rus dilindən tərcümə edənlər