Xristofor Sims (; ) — amerikalı iqtisadçı. 2011-ci ildə Tomas Sercentlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür."The Prize in Economic Sciences 2011". Nobelprize.org.

Həyatı Xristofor Sims 1942-ci ildə Vaşinqtonda anadan olmuşdur. 1959-cu ildə Harvard Universitetinə qəbul olmuş və həmin universitetin riyaziyyat fakültəsindən məzun olmuşdur. 1964-cü ildə yenidən Harvard Universitetində Məhsuldarlıq dəyişməsi dinamikası: Nəzəri və empirik bir çalışma () adlı doktorluq dissertasiyası müdafiə etmiş və 1968-ci ildə Harvard Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir.

Aspirantura təhsili alarkən Harvard Universitetində iqtisadiyyat fənnindən mühazirə demişdir. Daha sonra 1968–1970-ci illərdə yenə Harvard Universitetində köməkçi professor olaraq fəaliyyət göstərmişdir. 1970–1990-cı illərdə Minnesota universitetində çalışdıqdan sonra Yel Universitetinə keçmişdir və hal-hazırda da bu universitetdə fəaliyyətini davam etdirməkdədir.

Xristofor Sims ekonometrika və yeni neoklassik makroiqtisadi nəzəriyyə ilə bağlı olaraq çox əhəmiyyətli məqalələr yazmış və bu sahələrə ciddi töhfələr vermişdir. Ekonometrika sahəsində zaman sıraları yanaşmasına xüsusi diqqət yetirmişdir. Bununla yanaşı yeni neoklassik makroiqtisadiyyat sahəsində qiymət səviyyəsi üçün maliyyə siyasət nəzəriyyəsi və Lars Piter Hansen ilə birlikdə Şüurlu diqqətsizlik () mövzularını tədqiq edərək daha da inkişaf etdirmişdir.

Elmi qurumlara fəxri üzvlükləri 1975 — Ekonometrika Cəmiyyəti. 1988 — Amerika İncəsənət və Elmlər Akademiyası (). 1989 — ABŞ Milli Elmlər Akademiyası ().

Əsərləri

Doktoqluq dissertasiyası "The Dynamics of Productivity Change. A Theoretical and Empirical Study", Harvard University, 1968.

Məqalələr 1971: "Discrete Approximations to Continuous Time Distributed Lags in Econometrics", Econometrica C. XXXIX, No.3, S. 545–563 1971: "Distributed Lag Estimation When the Parameter Space is Explicitly Infinite-Dimensional", Annals of Mathematical Statistics, C. XLII, No. 5, S. 1622–1636. 1972: "Money, Income, and Causality", American Economic Review, C. LXII, No. 4, S. 540–552 1974: "Seasonality in Regression", Journal of the American Statistical Association, C. LXIX, S. 618–627 1977: " Exogeneity and causal orderings in macroeconometric models", New methods in business cycle research. Federal Reserve Bank of Minneapolis, Minneapolis 1980: "Macroeconomics and Reality", Econometrica, C. XLVIII, No.1, S. 1–48 1982: "Policy Analysis with Econometric Models", Brookings Papers on Economic Activity, C. XIII, S. 107–164. 1991: Harald Uhlig with, "Understanding Unit Rooters. A Helicopter Tour", Econometrica, C. LIX, No.6, S. 1591–1599 1994: Eric M. Leeper with, "Towards a Modern Macroeconomic Model Usable for Policy Analysis", NBER Macroeconomics Annual MIT Press, S. 81–118 1994: "A Simple Model for Study of the Determination of the Price Level and the Interaction of Monetary and Fiscal Policy", Economic Theory Springer, C. IV, No. 3, S. 381–399. 1996: "Macroeconomics and Methodology", Journal of Economic Perspectives, C. X, No. 1, S. 105–120 1998: Eric M. Leeper and Tao Zha with, "What Does Monetary Policy Do?", Brookings Papers on Economic Activity, C. XXVII, S. 1–78 1998: Tao Zha with, "Bayesian Methods for Dynamic Multivariate Models", International Economic Review, C. XXXIX, No. 4, S. 949–968 1998: "Role of interest rate policy in the generation and propagation of business cycles. What has changed since the '30s?". Proceedings 1998 Boston FRB Annual Res. Conf., Federal Reserve Bank of Boston, S. 121–160 1999: Tao Zha with, "Error Bands for Impulse Responses", Econometrica C. LXVII, No. 5, S. 1113–1156 1999: "The Precarious Fiscal Foundations of EMU", De Economist C. CXLVII, No. 4, S. 415–436 2002: "Fiscal consequences for Mexico of adopting the dollar.", Journal of Money, Credit and Banking, C. XXXIII, No. 2, S. 597–616 2002: "Solving Linear Rational Expectations Models", Computational Economics, C. XX, No. 1/2, S. 1–20 2002: "The Role of Models and Probabilities in the Monetary Policy Process", Brookings Papers on Economic Activity C. XXXIII, S. 1–62 2006: "Rational Inattention. Beyond the Linear-Quadratic Case", American Economic ReviewC. XCVI, No. 2, S. 158–163

Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

Xarici keçidlər Xristofor Sims haqqında Nobel mükafatı e-muzeyində məlumat. Xristofor Sims haqqında faktlar. Xristofor Simsin şəkilləri. Xristofor Simsin müsahibəsi. Xristofor Simsin İqtisadiyyat üzrə Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı.

İstinadlar

Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:Yel Universitetinin müəllimləri Kateqoriya:Prinston Universitetinin müəllimləri Kateqoriya:Minnesota Universitetinin müəllimləri Kateqoriya:Makroiqtisadçılar