Azərbaycan Alpaqut Federasiyası — Azərbaycanda türksoylu xalqların ortaq mədəniyyətini yaşadan Alpaqut idman növünü inkişaf etdirmək məqsədilə inkişaf etdirən idman qurumu. Mərkəzi Bakı şəhərindədir. 16 fevral 2014-cü il tarixində AAF Ümumi Yığıncağı keçirilərək təsis edilib. 6 aprel 2018-ci ildə keçirilən qurultayın qərarına əsasən Federasiyaya iş adamı Qüdrət Nuriyev rəhbərlik edirdi. 23 Avqust 2024 cü il tarixində keçirilən növbəti qurultayda Quliyev Fuad Gulağa oğlu Federasiyanın prezidenti seçildi. O, bu vəzifəni 18 Avqust 2025 -ci ilə qədər icra etdi. 25 Senytabr 2025 -ci ildə keçirilən növbədən kənar toplantıda idarə heyətrininin qərarına əsasən Tural Abasquluyev Federasiyanın prezidenti seçildi.
Tarixi Rəsmi fəaliyyətə 2008-ci ildən Mərkəz kimi başlamış və 14 mart 2014-cü ildə təsis olunmuşdur. Alpaqut döyüş sənəti, türk döyüş sənətləri üzrə araşdırmaçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən, Türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilərək qurulmuşdur. Bu idman növü Türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, bu idman növünün markası "Turan döyüş sənəti" (Turan: türksoylu xalqların yaşadığı, böyük çöl adlanan coğrafiya) adlanır.
Rəsmiləşməsi və sənədləri Bu döyüş sənəti bütün türk dünyasına aid olsa da bütün hüquqi haqlarla Azərbaycana məxsusdur. Belə ki, bütün türksoylu xalqlar kimi, Azərbaycan xalqının tarixi və mədəni irsinə aid olan Alpaqut adı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 14.10.2014-cü il tarixli № 37 saylı sənədi əsasında bu döyüş sənətinin müəllifi, Türk Döyüş Sənətləri üzrə araşdırmaçı, Beynəlxalq Dərəcəli idman ustası Namazov Vasif İmran oğluna istifadəsi üçün rəsmi icazə verilmiş, eyni zamanda Azərbaycan Respublikası Patent üzrə Dövlət Komitəsi tərəfindən 17.11.2014-cü il tarixli iddia sənədinin 201400542 nömrəli Patent Şəhadətnaməsidə verilmişdir. Əlavə olaraq, Alpaqut idman növünün təlim və tədrisinin həyata keçirilməsi üçün hazırlanan metodiki vəsait proqramları Azərbaycan Respublikası Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin 16.10.2015 tarixli 04/C-8157–15 saylı Şəhadətnaməsi ilə təsdiq olunmuşdur.
Alpaqut idman növünün beynəlxalq arenada inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında qurum 12 fevral 2014-cü il tarixində B14003831 saylı sənədinə əsasən beynəlxalq idman təşkilatı kimi qeydiyyata alınmışdır.
Tanınması Alpaqut idman növü kimi aşağıda qeyd olunan beynəlxalq idman təşkilatları tərəfindən rəsmən tanınır.
7–8 oktyabr 2017-ci il tarixində Türkiyənin İstanbul şəhərində, Bilal Erdoğanın rəhbərliyi altında Beynəlxalq Etnospor Konfederasiyasının təsis qurultayında və təqdimat konransında Vasif Namazov Alpaqut döyüş sənətini təqdim etmiş və Dünya Alpagut Federasiyasını isə təmsil etmişdir. Azərbaycan Gənclər və İdman Nazirliyinin, Dünya Alpaqut Federasiyası və Beynəlxalq İdman Hamı üçün Assosiasiyasının (TAFİSA) təşkilatçılığı ilə Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında Dünya Alpaqut Federasiyasının TAFİSA ya daimi üzv olması münasibətilə mətbuat konfransı keçirilib. Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası 24.05.2022 Berlin, Almaniya Beynəlxalq İdman Hamı üçün Assosiasiyası TAFİSA 07.12.2022 Düsöldörf, Almaniya Beynəlxalq Etno Oyunlar Konfederasiyas NomadGames 01.05.2023 Bişkek, Qırğızıstan Beynəlxalq Ədalətli Oyunlar Komitəsin FairPlay 10.05.2023 Paris, Fransa Beynəlxalq İdman Şəbəkəsi Təşkilatı (ISNO) 26.11.2023 Bern, İsveçrə Dünya Alpaqut Federasiyası (DAF) Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatına qeydiyyata alınıb.
Fəaliyyət
Təşkil etdiyi yarışlar Azərbaycanda 14 mart 2014-cü il tarixdən etibarən fəaliyyətə başlayan Alpaqut Federasiyasının həyata keçirdiyi yarışların cədvəli: +TarixYarışın adıKeçirilmə yeriİl2015ı — Azərbaycan birinciliyi və çempionatıSumqayıt20152016II — Azərbaycan birinciliyi və çempionatıSumqayıt20162017III — Azərbaycan birinciliyi və çempionatıBakı20172018IV — Azərbaycan birinciliyi və çempionatıBakı20182019V — Azərbaycan birinciliyi və çempionatıBakı20192021VI — Azərbaycan birinciliyi və çempionatıAğdam20212022VII — Azərbaycan birinciliyi və çempionatıAbşeron20222023VIII — Azərbaycan birinciliyi və çempionatıAbşeron2023
Beynəlxalq +S/SYarışın adıKeçirilmə yeriTarixi1Qara Dəniz Kuboku Gürcüstan / Ozurgeti20 - 24.VII.20141 yer2Qara Dəniz Kuboku Gürcüstan / Ozurgeti24 - 28.VII.20151 yer 3Xəzər Kuboku Azərbaycan / Qusar06 - 09.IX.20151 yer4Avrasiya Kuboku Gürcüstan / Batumi14 - 18.IV.20161 yer5Dünya Kuboku Gürcüstan / Ozurgeti24 - 28.IX.20161 yer6Dünya Kuboku Azərbaycan / Bakı24 - 25.X.20171 yer7I Dünya çempionatıAzərbaycan / Bakı24 - 25.XI.20181 yer8II Dünya çempionatıAzərbaycan / Bakı22 - 24.XI.20191 yer9Avrasiya çempionatıTürkiyə / Bursa20 - 21.XI.20212 yer10Dünya kuboku Türkiyə / Bursa10 - 12.V.20222 yer11III Dünya çempionatıTürkiyə / Bursa01 - 04.XII.20222 yer12Beynəlxalq turnir Hindistan / Mumbay17 - 18.XII.2022=+=13IV Dünya çempionatı Türkiyə / Bursa01 - 04.XII.20232 yer
Həmçinin bax Alpaqut (döyüş sənəti) Dünya Alpaqut Federasiyası
İstinadlar
Xarici keçidlər
Dünya Alpaqut Federasiyasının rəsmi saytı Rəsmi Facebook səhifəsi Rəsmi İnstagram səhifəsi Rəsmi Twitter səhifəsi Rəsmi Tik-Tok səhifəsi Rəsmi Youtube səhifəsi
Kateqoriya:İdman federasiyaları Kateqoriya:2003-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:2014-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Alpaqut Alpinizm