"Nicat" məktəbləri — Azərbaycanda 1906–1917-ci illərdə "Nicat" və "Nəşri-maarif" cəmiyyətləri tərəfindən yaradılmış bir və ikisinifli ibtidai məktəblər.
1906–1917-ci illərdə Bakıda və onun ətraf kəndlərindəki 30-a yaxın "Nicat" məktəbində 1160 şagird, o cümlədən 123 qız təhsil almışdır. Fəhlələr üçün axşam "Nicat" məktəbləri fəaliyyət göstərirdi.
Balaxanıdakı "Nicat" məktəbində Mirzə Ələkbər Sabir dərs demişdir.
Həmçinin bax Nicat Cəmiyyəti Nəşri-maarif Mirzə Ələkbər Sabir
Ədəbiyyat Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.272
İstinadlar
Kateqoriya:Azərbaycan məktəbləri Kateqoriya:1906-cı ildə yarananlar