Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif; ) — Azərbaycan şairi, 1949-cu ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1984), Azərbaycan SSR Xalq şairi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978).

Həyatı Hüseyn Arif 1924-cü il iyunun 15-də Qazax qəzasının Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində (1937–1940), ADU-nun Şərqşünaslıq fakültəsində (1946–1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1951–1952).

Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur.

Fəaliyyəti

Əmək fəaliyyəti Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri (1957–1959),"Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965–1967),"Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967–1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984–1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

Ədəbi fəaliyyəti Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M. F. Axundov adına Opera və Balet teatrında, "Yolda" poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.

1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ günlərinin iştirakçısı olmuşdur.

Mükafatları 250px|thumb|right|Hüseyn Arifin xatirə lövhəsi 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1985 Azərbaycan SSR xalq şairi — 1989 Azərbaycan SSR əməkdar incəsənət xadimi — 1984 Azərbaycan SSR Dövlət mükafatı — 1978Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı — anl.az saytı

Əsərləri Yeni həyat yollarında (şerlər). Bakı: Azərnəşr, 1950, 45 səh. Mən sülhə səs verirəm. Bakı: Azərnəşr, 1951, 31 səh. Rus dili müəlliməsi (şerlər). Bakı: Uşaqgəncnəşr, 1954, 52 səh. Məhəbbət nəğmələri. Bakı: Azərnəşr, 1956, 22 səh. Dostluq telləri (şerlər). Bakı: Uşaqgəncnəşr, 1960, 80 səh. Yolda (poema). Bakı: Azərnəşr, 1962, 111 səh. Ömür çeşməsi. Bakı: Azərnəşr, 1963, 112 səh. Sibir töhfələri (şerlər). Bakı: Azərnəşr, 1964, 56 səh Torpaq eşqi. Bakı: Azərnəşr, 1964, 84 səh. Yollar və xatirələr. Bakı: Azərnəşr, 1966, 334 səh. Duru göl əfsanəsi. Bakı: Gənclik, 1969, 74 səh. Seçilmiş əsərləri (şerlər və poemalar). Bakı: Azərnəşr, 1969, 230 səh. Bahar gələndə. Bakı: Azərnəşr, 1969, 120 səh. Sən mənimlə get. Bakı: Gənclik, 1970, 248 səh. Söylə, yadındamı? Bakı: Gənclik, 1972, 205 səh. Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1975, 300 səh. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1975, 283 səh. Ömür gözəlsə. Bakı: Gənclik, 1978, 351 səh. Şamxor su-elektrik stansiyası (şerlər). Bakı: İşıq, 1979, 24 səh. Ömür deyir (şerlər). Bakı: Gənclik, 1981, 138 səh. Ayrı düşəli (şerlər). Bakı: Gənclik, 1983, 280 səh. Dilqəm (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 240 səh. Seçilmiş əsərlər (2 cilddə). I c. Bakı: Yazıçı, 1985, 408 səh. Seçilmiş əsərlər (2 cilddə). II c. Bakı: Yazıçı, 1985, 252 səh.

Məqalələri Mən Alını axtarıram. "Elm və həyat" jurnalı, Bakı, 1968, № 2, səh.12. Hüseyn Hüseynzadə. // Aşıq Alı. "Azərbaycan" jurnalı, Bakı, sentyabr 1969, № 9, səh.199–204.

Filmoqrafiya Mən Hüseyn Arifəm… (film, 2010)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan SSR xalq şairləri Kateqoriya:Kişi şairlər Kateqoriya:Azərbaycan Aşıqlar Birliyinin sədrləri Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər