Yeğişe (; d. 410 – ö. 475) — V əsr erməni tarixçisi. Yeğişenin "Vardan və erməni müharibəsi haqqında" əsərində 450 – 451-ci illərdə erməni xalqının Sasani əsarətinə qarşı apardığı mübarizəsi və sairə barədə məlumat verilir. Əsər Ermənistan və qonşu ölkələrin tarixinin öyrənilməsində mühüm mənbədir. Əsərdə Qafqaz Albaniyası, Atropatena, Avarayr döyüşü (451), Azərbaycanın qədim tayfaları, şəhərləri və sairə haqqında da məlumat var.
Mənbə ASE, V cild, Bakı, 1981, səh. 101
Kateqoriya:Erməni tarixçilər Kateqoriya:V əsr tarixçiləri Kateqoriya:410-cu ildə doğulanlar Kateqoriya:Ermənistan teoloqları Kateqoriya:Ermənistan yazıçıları Kateqoriya:Ermənistan alimləri Kateqoriya:V əsr filosofları