Kamil Jakob Pissarro (; ) — fransız boyakarı. İmpressionizmin yaradıcılarından biri.
Həyatı Kamil Pissarro 1855–1861-ci illərdə Parisin Süis Akademiyasında oxumuşdur.
Yaradıcılığına K. Koro, C. Konstebl, J. F. Millenin təsiri olmuşdur. Mənzərələrində havanın şəffaflığını və nəmliyini, yenicə yağmış yağışı, yaxud yaxınlaşan yağış havasını bütün incəliyi ilə vermişdir ("Luvesyendə poçt arabası", 1870, İmpressionizm muzeyi, Paris).
İmpressionistlərin çoxundan fərqli olaraq Pissarro daha aydın və tam kompozisiya quruluşuna, forma plastikliyinə meyil etmişdir.
Rəsm, akvarel, ofort və litoqrafiyaları da var.
thumbnail|Monmartr bulvarı yaz vaxtı
Əsərləri "Luvesyendə poçt arabası", 1870, İmpressionizm muzeyi, Paris "Şumlanmış torpaq", 1874, Puşkin adına Təsviri Sənət Muzeyi, Moskva "Parisdə Monmartr bulvarı", 1897, Ermitaj, Leninqrad
Qalereya
Ədəbiyyat ASE, VII cild, Bakı, 1983. səh. 540.
İstinadlar
Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Fransa rəssamları Kateqoriya:Fransanın impressionist rəssamları Kateqoriya:XIX əsr yəhudiləri Kateqoriya:XX əsr Danimarka rəssamları Kateqoriya:Yəhudi mənşəli fransızlar