“Take Me to Church” () - İrlandiya müğənnisi Hozierin 2013-cu ildə yayımlanmış “Take Me to Church” adlı mini-albomundan olan sinqldır. Mahnı həm də müğənninin öz adıyla adlandırdığı albomunun ilk trekidi.

2013-cü ilin oktyabr ayında “Irish Singles Chart”a daxil olan sinql ikinci yerə kimi yüksəlmiş və dörd həftə mövqeyini qorumuşdur. 2014-cü ilin may ayında Hozier mahnını “Late Show with David Letterman” verilişində canlı ifa etmişdir. 24 iyun 2014-cü ildə “Columbia Records” tərəfindən mahnı ABŞ modern rok radiosuna göndərilmişdir.name="Alternative"/> Bundan sonra, 2014-cü ilin noyabrında mahnı “Billboard Hot 100” hit-paradında üçüncü yerə qalxmışdır. 2014-cü ilin noyabrında ABŞ-da mahnı bir milyon nüsxədən çox tirajla satılmışdır. Mahnı, "İlin Ən Yaxşı Mahnısı" nominasiyasında LVII Ənənəvi Qremmi Mükafatlarına namizəd göstərilmişdir. Sözlərin təfsiri

Ədəbi baxımdan “Take me to church” sözləri metaforaya əsaslanır, belə ki, lirik qəhrəman sevgilisinə olan hisslərini dinlə müqayisə edir.

“The Irish Times” qəzetinə verdiyi müsahibədə Hozier deyir: “Aşiq olmaq və birini sevmək ölüm kimidir, hər şeyin ölümü. Sanki sən özünün gözəl bir şey uğrunda ölməyini izləyirsən və qısa bir an sanki hiss edirsən - əgər sən həmin an özünü onun gözləri ilə görürsənsə, özün haqqında bildiyin və sənə aid olan hər şeyi itirmisən, sevdiyin adama tabe olmusan və onunku olaraq (özün özünə aid olmayaraq) yenidən doğulmusan. Ölüm və dirilmə anlamında.” Başqa bir müsahibəsində isə müğənni mahnının sözlərində Rusiyada LGBT hüquqlarına qarşı qəbul edilmiş qanuna reaksiyanın da əks olunduğunu bildirmişdi.

Daha sonra mahnının “Mən xəstə doğulmuşam; yaxşı olmaq üçün mənə əmr et” sözləri Yeni Ateizm müəllifi Kristofer Hitçens tərəfindən istifadə olunmuşdur.

Musiqi videosu 265px|thumbnail|right|Mahnının rəsmi videosu Rusiyada LGBT insanlarının acınacaqlı durumuna və dünyada homofobiyanın insanlara əziyyət verməsinə həsr edilib "Take Me to Church" mahnısı üçün Brendan Kantinin rejissorluğu ilə çəkilmiş musiqi videosu 25 sentyabr 2013-cü ildə təqdim edilmişdir. Boz çalarlarla çəkilmiş videoda iki oğlanın eynicinsli münasibətdə olması və oğlanlardan birinin cinsi orientasiyasının bəlli olmasından sonra cəmiyyətin homofobik təzyiqi təsvir olunub. Hozier özü videoda görünmür.

Hozier qeyd edir: “Mahnı ən təbii təzahür formalarında insan hissləri və onun din kimi insan şüuraltına təsiri haqqındadı. Rusiyada müşahidə olunanlar kabus kimidi, mən bu ideyanı səsləndirdim və Brendan tərəfindən bəyənildi.”

Kover versiyaları və mediada istifadəsi

Mett MakEndryu “Take Me to Church” mahnısını “The Voice” ABŞ-nin VII mövsümündə ifa etmiş və onun ifası iTunes hit-paradında 5-ci, “Billboard Hot 100” hit-paradında isə 92-ci yerdə qərarlaşmışdır. Britaniya qız qrupu “Neon Jungle” mahnınını ifa etmiş və bu ifa onların 2014-cü ildə çıxardıqları “Welcome to the Jungle” adlı studio albomlarının deluks versiyasına daxil edilmişdir. Kayza və Ed ŞeranEd Sheeran covers Hozier's Take Me to Church in BBC Radio 1's Live Lounge , Irısh Mirror. da daxil olmaqla bir çox müğənnilər mahnını ifa etmişlər. Mahnı, 2014-cü ildə istehsal edilmiş, Bred Pittin baş rolunu ifa etdi “Qəzəb” filminin TV reklamında istifadə edilmişdir. Mahnı LeBron Ceymsin iştirakı ilə çəkilmiş “Beats by Dre” qulaqcıqlarının reklamında istifadə edilmişdir. Reklamda Ceymsin Aktonda yerləşən köhnə məktəbinə qayıtması göstərilir. Mahnı ABŞ-nin NBC telekanalında yayımlanan “Konstantin” serialının tv reklamında istifadə edilmişdir.

Hit-paradlar və sertifikatlar

Həftəlik hit-paradlar Hit-parad (2013–14) YüksəldiyiyerAvstraliya (ARIA)55 Xorvatiya (Airplay Radio Chart)29Greece Digital Songs (Billboard)http://www.billboard.com/artist/6059764/Hozier/chart?f=801|publisher = Billboard Greece Digital Songs for Hozier|accessdate=14 November 2014|title=Hozier Album & Chart History}}2Iceland (Tonlist)1Livan (The Official Lebanese Top 20)3

İl sonu hit-paradları Hit-parad (2014) Yüksəldiyiyer

Sertifikatlar

!scope="col" colspan="3"| Axın

Çıxış tarixi Region Tarix Format Leybl ABŞ 24 fevral 2014 Adult album alternative radio Columbia Records İrlandiya 20 mart 2014 Digital download Rubyworks ABŞ 24 iyun 2014 Modern rock radio Columbia Records 8 sentyabr 2014 Hot adult contemporary radio 16 sentyabr 2014 Contemporary hit radio

İstinadlar

Xarici keçidlər Rəsmi musiqi videosu YouTubeda

Kateqoriya:2013-cü ilin mahnıları Kateqoriya:LGBT mövzulu mahnılar Kateqoriya:2013-cü ilin sinqlları Kateqoriya:Columbia Records sinqlları Kateqoriya:2010-cu illərin balladaları Kateqoriya:Debüt sinqlları