Qəzənfər Dərbəndi — Şirvanşah şahzadəsi, I İbrahimin üçüncü oğlu və Bakı valisi.
Həyatı 1398-ci ildə doğulmuşdur. Çalağan döyüşündə həbs olunduqdan sonra Şirvana qaytarılmışdır. I Xəlilullahın hakimiyyəti dövründə Bakı valisi olmuş, onun Qaraqoyunlularla müharibəsi dövründə isə Şirvanı onun adından idarə etmişdir. Bədrəddin Şirvaninin məlumatına görə o, Bakıda 1428-ci ildə bir bürc və çeşmə, 1431-ci ildə başqa bir bürc və 1438-ci ildə hamam tikdirmişdi. Həmin bürclərdən biri, ehtimal ki, indiki Elmlər Akademiyası Rəyasət Heyətinin binasına bitişən bürcdür. Digər bürc isə dövrümüzədək qalmamışdırSara Aşurbəyli, Şirvanşahlar dövləti, 2007, səh. 122
İstinadlar
Kateqoriya:Şirvanşah şahzadələri