Hacı Əlikram () — Azərbaycan İslam Partiyasının ilk sədri.
Həyatı Əliyev Əlikram İsmayıl oğlu 1940-cı ildə Bakı şəhərində anadan olub. 1996-cı ilin mayında Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə həbs olunub (köhnə redaksiya "vətənə xəyanət"), 1999-cu ilin noyabr ayında əfv edilib. O, 2002-ci ildə Nardaran qəsəbəsindəki hadisələr zamanı fəallıq göstərib, 6 il müddətinə azadlıqdan məhrum edilib, lakin 2003-cü ildə yenidən əfv edilib. Azərbaycan İslam Partiyasının ilk sədri olub. Hacı Əlikram Azərbaycanın müstəqilliyi uğrunda başlayan xalq hərəkatının da fəal iştirakçılarından olub.
Hacı Əlikram və qardaşı bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur.
17 mart 2011-ci ildə saat 17.00 radələrində yaşadığı Sabunçu rayonu Nardaran qəsəbəsindəki evində vəfat edib.
İstinadlar
Xarici keçidlər http://azeri.sahartv.ir/news/hacı-əlikram-əliyev-kimdir-3781 http://islamtimes.org/az/doc/news/247134/azərbaycan-islam-hərəkatının-banisi-hacı-əlikram-əliyevin-vəfat-ildönümü http://azeri.irib.ir/xeberler/azerbaycan/item/146298-hacı-əlikram-əlizadə-gedən-rəhmətinə-qovusdu http://azeri.sahartv.ir/video/haci-%C9%99likramin-v%C9%99fatindan-3-il-%C3%B6t%C3%BCr-4054
Kateqoriya:Azərbaycan siyasi partiyalarının sədrləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan islamçıları Kateqoriya:Azərbaycan memuarçıları