() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Rusiyada (Dağıstan) təbii halda rast gəlinir.
Azərbaycanda yayılması Quba-Qusar (Laza kəndi), İsmayıllı (Balahəmzə, Kəlfərəc k.) və Füzuli rayonu ərazilərində rast gəlinir.
Statusu Azərbaycanın nadir bitkisidir. NT.
Bitdiyi yer Orta dağ və yuxarı dağ qurşaqlarında daşlı qayalı yamaclarda, meşənin açıq quru yerlərində çəmənliklərdə yayılmışdır.
Təbii ehtiyatı Azərbaycanda dar bir arealda yayılmışdır.
Botaniki xarakteristikası Təbiətdə 0,6–0,8 m hündürlüyü olan koldur. Birillik budaqlar tünd-qırmızı rəngdə, çılpaqdır. Qopartikan 1 mm-ə qədər uzunluqda və bir qədər arxaya doğru əyilməklə, qaidəsi nisbətən enliləşmişdir. Yarpaqları 2,2–4,5 sm uzunluqda, 1,2–2,8 sm enində, enli lanset şəkilli və ya enli ellipsvarı, aşağısı pazvarı, uca doğru daralmış, bir qədər küt, kənarı ikiqat mişardişlidir.
Yarpaqaltığı 3–4 mm uzunluqda, ensiz, xətvarı uzunsov, yumşaq tüklüdür. Çiçəkləri 3–4 mm uzunluqda, ensiz, xətvarı uzunsov, yumşaq tüklərlə örtülüdür. Meyvəsi 18 mm uzunluqda, 10 mm enində uzunsov ellips şəkilli, üzəri vəziciklərə örtülüdür. Iyun və iyul aylarında çiçək açır.
Çoxalması Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi Məlumat yoxdur.
Qəbul edilmiş qoruma tədbirləri Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1944-cü ildə təsvir edilən bitkilər