II Aleksandr (;) — Romanovlar sülaləsinin üzvü, Rusiya imperiyasının XII imperatoru.

II Aleksandr 1855-ci ildə atası I Nikolayın ölümünün ardından taxta çıxmış və 1881-ci ildə sui-qəsdlə öldürüləcəyi günə qədər hakimiyyətdə qalmışdır. II Aleksandr Rusiya imperiyasının XII İmperatoru olmaqla yanaşı III Polşa Çarı və III Finlandiya Knyazı titullarında daşıyırdı.

Yenilikçi fikirlərə sahib olan Aleksandr bir necə mühüm islahatın və iqtisadi inkişafın əsas səbəbkarı hesab olunur. 1861-ci ilin 19 fevral tarixində təhkimçilik hüququnun ləğv edilməsi ilə bağlı fərman imzalaması ilə imperiyanın bütün hüdudlarında yaşayan milyonlarla kəndli azad edildi. Kəndlilərə torpaq sahələrinin ayrılması, onların hüquqlarının qorunması sahəsində əməli işlərin görülməsi nəticəsində əhali tərəfindən II Aleksandr Xilasedici Aleksandr () olaraq adlandırıldı. Aleksandr tərəfindən inzibati-məhkəmə sisteminin yenidən təşkil edilməsi, ölüm hökmünün ləğv edilməsi, hər təbəqədən olan şəxslərin orduya cəlb edilməsi və dini-etnik icmaların üzərində təzyiqin adılması kimi mühüm reformlar keçirildi. Keçirdiyi reformlarla liberal imperator imiçini formalaşdıran II Aleksandr monarxiyanın mütləqiyyətinə də inanırdı. O, tam demokratik sistemə keçidin tez olduğunu düşünürdü.

Reformlarla baxmayaraq monarxiyaya qarşı olan şəxslərin təqib edilməsi davam etdi. Xalq arasında Üçüncü bölmə olaraq adlandırılan gizli polis təşkilatı fəaliyyətini davam etdirdi. Bundan əlavə müxtəlif məsələlərdə günahlandırılan şəxslərin Sibir kimi imperiyanın ucqar bölgələrinə sürgünə göndərilməsidə davam edirdi. Aleksandr təkcə daxili yox eyni zamanda xarici siyasət sahəsində də fəaliyyət göstərməyə maraqlı idi. 1867-ci ildə onun razılığı ilə imperiyanın ən ucqar bölümü olan Alyaska dönəminin Amerika Birləşmiş Ştatlarının xarici işlər naziri Uilyam Sivardla aparılan danışıqların ardından ABŞ-yə satıldı. Alyaskanın satın alınması olaraq tarixə keçən müqavilə də Alyaskanın əvəzində ABŞ-nin Rusiya imperiyasına 7.2 milyon dollar ödəməli olduğu göstərilirdi. II Alekandrın Alyaskanı satmaqda maraqlı olması ərazinin mərkəzdən çox uzaqda yerləşməsi və eyni zamanda ərazinin hər an Britaniya imperiyasının əlinə keçə bilmə ehtimalının olması idi.

II Aleksandrın hakimiyyət dövrü Rusiya imperiyasının Asiya qitəsində öz nüfuzunu gücləndirməsi ilə əlamətdardır. 1858–1860-cı illərdə Çindən Primorski Krayın alınması, 1860-cı ildə imperiyanın Uzaq Şərqdə əsas idarə mərkəzi olan Vladivostok şəhərinin salınması, elə həmin il Qafqazın tamamilə ələ keçirilməsi və 1870-ci illərdə Orta Asiyanın (Xivə, Buxara, Türküstan) fəth edilməsi Rusiya imperiyasının daha da güclənməsi ilə nəticələnmişdir. II Aleksandrın dövrünə qədər 960 km olan dəmiryol xətləri onun ölümündən sonra 22.525 km çatdırılmışdı.

II Aleksandr 1881-ci ilin 13 mart tarixində Sankt-Peterburq şəhərində ona qarşı hazırlanan sui-qəst nəticəsində ağır yaralanmış və bir necə gün sonra sarayda vəfat etmişdir.

Uşaqlıq və gənclik illəri II Aleksandr 1818-ci ilin 29 aprel tarixində Moskva şəhərində yerləşən Kreml sarayında anadan olmuşdur. Atası İmperator I Nikolay, anası isə Prusiya krallığının kralı III Fredrixin qızı olan Aleksandra Feodorovna idi. Uşaq yaşlarından zehni və qavraması ilə fərqlənən kiçik Aleksandr sarayda istedadlı uşaq kimi tanınırdı. İmperiyanın ciddi reformlara ehtiyacı olduğu bir dönəmdə yetişdirilən gənc Aleksandrın qarşısında I Pyotr zamanında əldə edilən rifahı təmin etmək kimi mühüm məsələlər dayanırdı. Aleksandr I Nikolayın böyük oğlu kimi Sankt-Peterburq şəhərinin elmi-intellektual cəmiyyətlərində təmsil olunmağa başlayır. Burada müxtəlif siyasi, ictimai və elmi cərəyanlarla tanış olur və dönəmin tanınmış şəxsləri ilə fikir mübadiləsi aparır.

Taxtın əsas varisi kimi Aleksandrın təhsilinə önəm veriliridi. Onun təhsili və dünyagörüşünün formalaşması ilə tanınmış rus şairi, tərcüməçi və ədəbi tənqidçi Vasili Jukovski məşğul olurdu. Aleksandra dünyavi elmlərlə yanaşı, Avropada danışılan bir necə əsas dildən də dərslər keçirilirdi. Aleksandrı maraqlandıran əsas elm sahələrindən biridə tarix idi. Müəllimləri tarixə həvəsli olduğunu, lakin Krım müharibəsi zamanı imperiyanın məğlub olması səbəbindən zamanla bu fənnə marağının azaldığını qeyd edirlər. Taxta çıxana qədər, Aleksandr 6 ay müddətində Rusiya imperiyasının 20 müxtəlif bölgəsinə səfər etdi və burada olan yerli vəziyyətlə tanış oldu. Aleksandr imperiyanın bölgələri ilə yanaşı bir sıra Qərbi Avropa ölkələrinə də səfərlər etmişdi. Şahzadə kimi Sibir bölgəsinə səfər edən ilk Romanovlar sülaləsinin nümayəndəsi olmuşdur.

Taxta çıxması thumb|right|220px|II Aleksandrın Kreml kompleksində yerləşən kilsədə taç geyinməsi mərasimi. (1856) Aleksandr atası I Nikolayın ölümünün ardından II Aleksandr adı ilə 1855-ci ildə taxta çıxdı. II Alensandrın hakimyyətinin ilk illəri Krım müharibəsinin sonlarına təsadüf edirdi. Üç il davam edən ağır müharibənin ardından müharibə müttəfiq dövlətlərin qələbəsi başa çatmışdı. II Aleksandr sülh danışıqlarını dönəminin tanınmış diplomatı və ictimai xadimi olan Aleksandr Qorçakovun nəzarəti altında aparırdı. Aparılan danışıqlar 1856-cı ildə Paris şəhərində sülh müqaviləsinin imzalanması ilə nəticələndi. Paris sülh müqaviləsinə əsasən Qara dəniz neytrallaşdırılır, müharibə və sülh dövründə boğazlar ticarət və hərb gəmilərinin üzünə açıq elan olunur, Rusiya imperiyasının sahil istehkamları sökülür, Rusiya imperiyası və Osmanlı İmperiyasına Qara dənizdə hərbi donanma saxlamaq qadağan edilirdi.

Krım müharibəsi imperiyanı geri salmışdı. Müharibə nəticəsində imzalanan müqavilə xalq tərəfindən təhqir edici olaraq qəbul edilirdi. Rüşvətxorluq, Korrupsiya və cinayətkarlıq halları dönəminin zirvə nöqtəsinə çatmaqda idi. Ölkə də formalaşan ümumi ictimai fikir radikal reformların keçirilməsi, torpaq sahəsində ciddi islahatların aparılması, inzibati-məhkəmə sisteminin yeniləşdirilməsi və ölkənin təbii qaynaqlarından yetərincə istifadə edilməsi yönümündə idi. Müharibənin gətirdiyi psixoloji təzyiq olaraq insanların hakimiyyətdən və yeni imperatordan gozləntiləri durmadan artırdı. II Aleksandr imperiyanın maliyyə durumunu yaxşılaşdırmaq üçün imperiyanın ən ucqar bölümü olan Alyaskanı satmaq barədə düşünürdü. Ərazidə 1799-cu ildə Rus Amerikası adlı imperiyaya bağlı müstəmləkə təsis edilmişdi.

Ərazinin paytaxdan minlərcə km uzaqda yerləşməsi, imperiyada yaşanan maliyyə sıxıntısı kimi səbəblər Alyaskanın qısa zamanda satılmasını şərtləndirirdi. Bu səbəblərlə yanaşı Britaniya imperiyasının o dönəmki, müstəmləkəsi olan Kanadanın Alyaska ilə uzun sərhəddinin olması və Sitka şəhərində saxlanılan 3.000 nəfərlik hərbi qarnizonun ağır xərcləri II Aleksandrın 1867-ci ildə bu sahədə qətiyyəli adım atmağa vadar etdi. 1867-ci ildə Amerika Birləşmiş Ştatların Xarici İşlər Naziri olan Uilyam Sivardla imzalanan Alyaskanın satın alınması ilə bağlı müqaviləyə əsasən ərazi 7.2 milyon dollar qarşılığında (günümzdə 200 milyon dollara yaxın) ABŞ-yə satıldı.

Aleksandr hakimiyyətə gəldiyi 1855-ci ildən etibarən liberal yönümlü imperator kimi tanınırdı. Xalq Aleksandrın liberal düşüncə tərzi səbəbindən 3 dəfə sui-qəstlə qarşılaşdığına inanırdı. İmperator II Aleksandr 1866, 1879 və 1880-ci illər olmaqla üç dəfə sui-qəsd cəhdi ilə qarşılaşmışdı. Bu cəhdlərdən xilas olmağı bacaran, imperator növbəti belə bir cəhd zamanı həlak olur. Özlərini Narodnaya Volya olaraq adlandıran radikal-sol ekstrimist təşkilatının üzvləri tərəfindən 1881-ci ilin 13 mart tarixində Aleksandrın kortejinə əl bombası atılır və nəticədə o ağır yaralanır və daha sonra müalicə aldığı sarayda vəfat edir.Edvard Radzinsky, Alexander II: The Last Great Tsar (Free Press: New York, 2005) pp. 261, 391 & 404–421.

İslahatlar

thumb|left|300px|Rusiya imperiyası hüdudlarında yaşayan kəndlilərə təhkimçilik hüququnun ləğv edilməsi barədə qərarın oxunması. Krım müharibəsinin başa çatmasının ardından Rusiya İmperiyasında iqtisadi baxımdan dirçəlməsi üçün yeni imkanlar yaranmışdı. Yeni yaradılan özəl müəssisələr müxtəlif adlarda məhsul istehsal edərək bazara çıxarmağa başlayırdılar. II Aleksandr imperiyanı başdan-başa əhatə edəcək bir dəmiryol xəttini yaratmaq, imperiyanın müdafiə gücünü artırmaq və təbii ehtiyatlardan lazımi şəkildə istifadə etmək kimi məsələləri hədəfləmişdi.

İqtisadi yöndən inkişaf etmək üçün qarşıda duran əsas əngəl təhkimçilik hüququnun hələ də ləğv edilməməsi idi. Kəndlilər illərlə ağalarına məxsus torpaq sahələrində çalışmalı və onlara xidmət etməklə mükələf idilər. İmperiyanın hüdudları daxilində olan Litvada Polyak torpaq sahiblərinə qarşı ilk reformlar keçirildi. İlk dəfə olaraq Kəndlilərin vəziyətinin yaxşılaşdırılması üçün komitələr təsis edildi. Bu addımın nələrə səbəb olacağını imperiya nümayəndələri müəyyənləşdirməkdə çətinlik çəkirdilər. Xalq təhkimçilik ilə bağlı islahatların aparılmasını kifayət hesab etmirdi. İnsanlar demokratik, sosial və siyasi yönümdə də islahatların aparılmasını tələb edirdilər. thumb|right|200px|Xalq tərəfindən Böyük islahat olaraq adlandırılan 1861, 19 fevral tarixli təhkimçilik hüququnun ləğv edilməsi ilə bağlı fərman. Təhkimçiliklə bağlı qəbul ediləcək iki növ qərar təqdim edildi. Bunlardan birincisi kəndlilərin, öz torpaq sahiblərindən aslı olaraq qalmaları davam edirdi, bunun əvzində isə onlara müəyyən iqtisadi azadlıqlar verilirdi. Digər qərar isə kəndlilərin mülk sahiblərinin qarşısında olan aslılığı tamamilə aradan qaldırmağı və onlara tam azad kəndli statusu verilməsini planlamışdı. II Aleksandr ikinci seçimin üzərində dayandı və beləliklə Rusiya imperiyası hüdudlarında yaşayan kəndlilər, Avropada azad edilən sonuncu kəndlilər oldular. Kəndli islahatları ilə bağlı bürokratik işlərin görülməsi ilə imperatorun kiçik qardaşı Konstantin Nikolayeviç və dönəminin böyük islahatçısı Nikolay Milyutin məşğul olurdu. 1861-ci ilin 3 mart tarixində Kəndli islahatları ilə bağlı əsasnamə nəşr edildi.

Digər islahatlar Krım müharibəsində əldə edilən ağır məğlubiyyətin ardından, II Aleksandr hərbi sahədə islahatların keçirilməsi üçün Rusiya İmperiyasının Hərbi Məsələlər üzrə Nazirliyinə Nikolay Milyutini təyin etdi. 1874-cü ilin 1 yanvar tarixində qəbul edilən qərarla Bütün sosial təbəqələrdən olan insanlar üçün məcburi əsgərlik sistemi yaradıldı. Bununla da yuxarı təbəqədən olan gənclərin orduya xidmətə getməkdən başa çarələri qalmırdı. Hərbi xidmətin sosial təbəqələr üçün məcburiləşdirilməsi mərhələli şəkildə həyata keçirilirdi. Belə ki, 1861-ci ildə qəbul edilən ilkin qərarla sadəcə kəndlilərin məcburi hərbi xidmət keçmələri tələb olunurdu, bundan 10 il sonra verilən fərmana əsasən isə qərar bütün sosial sinifləri əhatə etməli idi. Məcburi hərbi xidmət buna qədər də kəndlilər üçün nəzərdə tutulmuşdu. Sadəcə kəndlilərin hərbi xidmət məsələsini imperiya yox torpaq sahiblərinin özləri təyin edirdilər. Bəzi kəndlilərin 25 il müddətinə hərbi xidmətə göndərilməsi və buna bənzər digər ədalətsiz proseslərin olması imperiyanın hərbi sahədə islahatlar keçirməsini zəruri edirdi.

Digər bir hərbi islahat isə hərbi inzibati sistemin yaradılması ilə əlaqədər idi. Rusiya imperiyası mərkəzdən idarə olunmaqla 15 hərbi-inzibati bölgəyə bölünürdü. Özünü doğruldan bu sistem qüvvəyə mindikdən yüz il sonra belə istifadə edilmişdir. Strateji əhəmiyyətli dəmiryol xətlərinin çəkilməsi və onların təhlükəsizliyinin qorunması ilə bağlı işlər görüldü. Hərbi sahədə aparılan reformların əhəmiyyətli bir hissəsini əsgər və zabit heyətinin yetişdirilməsi təşkil edirdi. Onların hərbi təhsil almaları üçün, imperiyanın dörd bir tərəfində hərbi şəhərçiklər salınmaqda idi. II Aleksandr əsgərlərə qarşı zorakılıq hallarının azadlılması üçün onlara qarşı tətbiq edilə biləcək bədən cəzalarını qadağan etdi. İlk dəfə olaraq imperator II Aleksandrın zamanında imperiya əsgərlərinin səbəbsiz yerə cəzalandırlması və fiziki işgəncəyə məruz qalması qadağan edilirdi.