Fərd— bir şəxs.

Ümumi məlumat Fərd anlayışı bir cəhətdən də maraqlıdır: eyni növlü bitki ve heyvanlar bir-birinden müəyyən xüsusiyyətlərə görə fərqlənsələr də, onların arasında oxşarlıq daha çoxdur. İnsanlar isə belə deyildir: psixoloji baxımdan onlar bir-birlərinə oxşamırlar. İnsan fərd kimi xarakterizə edilərkən məhz bu cəhətləri nəzərə alınır.

Fərd özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan təbii varlıq deməkdir. Fərd anlayışının evristik mənası da elə bundan ibarətdir.

Bu baxımdan hər bir adam — həm təzə doğulmuş uşaq, həm də hər hansı bir yaşlı adam fərddir.

İstinadlar

Kateqoriya:Sosiologiya Kateqoriya:İndividualizm Kateqoriya:Orqanizmlər Kateqoriya:Latın dilində sözlər və ifadələr Kateqoriya:İnsan hüquqları Kateqoriya:Psixologiya Kateqoriya:Sosial psixologiya Kateqoriya:Ontologiya Kateqoriya:Politologiya terminologiyası