() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Cənubi Qafqaz üçün endemik bitkidir.
Azərbaycanda yayılması Talış, Gədəbəy (Qalakənd), Qazax, Daşkəsən, Cəbrayıl, Naxçıvan MR-in Ordubad rayonu ərazilərində rast gəlinir.
Statusu Azərbaycanın endem bitki növüdür. CR A2abc; C1.
Bitdiyi yer Orta dağ qurşağına qədər daşlı-qayalı kolluqlu yamaclarda, dərələrdə, açıq yerlərdə bitir.
Təbii ehtiyyatı Azərbaycanda dar bir arealda yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 2-3, bəzən 5 m-ədək olan koldur. Bəzən bitkinin hündürlüyü 7 m, gövdəsinin diametri 18 sm-ə qədər ola bilir. Budaqları tünd-qonur, boz xallıdır. Zoğları çılpaqdır. Iynələri yoxdur və ya uzunluğu 0,5-2,5 sm olan qoltuq və yarpaqlı iynələri olur. Yarpaqları enli yumurtavarı, tutqun, üstüparlaq yaşıl, alt tərəfi bir az açıq, seyrək tükcüklü, sonradan çılpaqdır. Çiçəkləyən zoğlarında alt yarpaqları tərs yumurtavarıdan uzunsova qədər, ensiz bünövrəli, kənarları təxminən bütöv və ya iri dişli olur. Yuxarı yarpaqların uzunluğu 6 sm-ədək, eni 6-6,5 sm-ədək, enli yumurtavarıdan yumruyadək ola bilir. Yarpaqların bünövrəsi kəsikli və ya yumru, beş və ya yeddi yerə bölünmüşdür. Yarpağın bölünmüş hissələri əsasən enli, bəzən ensiz, alt yarpaqlar yuxarıdakılardan iri, hamısının ucu bizdir. Steril zoğların yarpaqlarının uzunluğu və eni 6-6,5 sm, yumurtavarı, yeddi yerə bölünmüş və çox vaxt ensiz, kənarları iridişli və kəsilmişdir. Çiçək qrupları uzunluğuna görə təxminən yarpaqlara bərabər, 5-15 çiçəkli olub çılpaqdır. Çiçək saplaqlarının uzunluğu 3–18 mm-ə çatır və kasayarpaqları enli, yumurtavari üçkünc, ucu daralmış və ya tədricən uzanmışdır. Çiçək tacının diametri 2 sm-ədək olur və erkəkciklərinin sayı 17-20 ədəd ola bilir. Sütuncuqları 2, bəzən 1 və ya 3-dür. Meyvələri qısa ellipsvari, diametri 10–13 mm, tünd al qırmızı, yetişmişləri qara bənövşəyi, açıq nöqtəli və sarı bətlidir. Çəyirdəkləri əsasən 2-dir. May ayında çiçəkləyir, oktyabr ayında isə meyvəsi yetişir. Yetişdikdə meyvəsi bənövşəyi qara rəngli olur.
Çoxalması Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatın dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi Mədəni halda Nəbatat bağlarında becərilir.
Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.
İstinadlar
Həmçinin bax