Marı dili (və ya Düzən-şərq mari dili) — fin-uqor dillərindən biri. Marilər arasında, əsasən Marı El və Başqırdıstanda yayılıb. Ruslar XX əsrədək onların dilini yanlış olaraq "çeremis dili" adlandırırdılar.
Fin-Perm dilləri qrupuna aiddir. Marı Eldən başqa Vyatka çayı sahillərində və Urala qədər ərazidə yayılıb, bir neçə dialekti vardır.
Düzən-şərq mari dili dağ mari dili ilə və rus dili ilə yanaşı Marı El Respublikasının dövlət dillərindən biridir.
Təqribi sayı 450 min nəfərdən çoxdur.
Əlifba Marı dilinin əlifbası XVIII əsrin ortalarında yaranıb. İndiki əlifba bir qədər dəyişikliklərlə 1870-ci ildən istifadə edilir.
Marı dilində "Ончыко" ("İrəli"), "Пачемыш" ("Arı") jurnalları, "Кугарня" ("Cümə"), "Марий Эл", "Чолман" ("Kama") və "Морко мланде" ("Morka torpağı") qəzetləri çıxır.
Mədəniyyətdə 2012-ci ildə ekranlara tam marı dilində çəkilmiş Rusiya istehsalı olan "Небесные жёны луговых мари" ("Luqovı marılarının səma arvadları") adlı film çıxdı.
İstinadlar
Kateqoriya:Rusiya dilləri