Anna Petrovna Ostroumova-Lebedeva (d. 17 may 1871, Peterburq, Rusiya – ö. 5 may 1955, Leninqrad, SSRİ) — Rusiya rəssamı, həkkakı. RSFSR xalq rəssamı (1946), SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1949)
Həyatı 1892-1900-cü illərdə Peterburq Rəssamlıq Akademiyasında oxumuşdur.
"Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.
Yaradıcılığı Orijinal ksiloqrafiya, litoqrafiya və akvarel texnikalarında işləmiş, əsasən mənzərələr çəkmişdir.
Anna Ostroumova-Lebedeva 1915-ci ildə Bakıda olmuş, "Ramana", "Bibi-heybət", "Bakı. Köhnə neft buruqları" (Rus muzeyi, Leninqrad) və başqa mənzərələr çəkmişdir.
Əsərləri Ksiloqrafiya seriyası "Peterburq" — 1908-10 "Pavlovsk" — 1922-23
Litoqrafiya albomu "Peterburq" — 1922
Akvarellər "Mars çölü" — 1922 "Detskoye Seloda Aleksandr sarayı" — 1934
Ədəbiyyat ASE, VII cild, Bakı, 1983. səh. 392. Корнилов П. Поэт города на Неве // Художник. 1962, № 10. С.36-41. Синицын Н. В. Гравюры Остроумовой-Лебедевой, монография, 1964. Суслов В. А. П. Остроумова-Лебедева. — Л.: 1967. Богданов А. А. П. Остроумова-Лебедева. — Л.: 1976. Исаев В. Ю. Сокровища Дома Волошина. Альбом. — Симферополь: СОНАТ, 2004. — 400 с. — ISBN 966-8111-40-0. Иванов С. В. Неизвестный соцреализм. Ленинградская школа. СПб, НП-Принт, 2007. С.13, 19, 377, 380, 383, 385. ISBN 5-901724-21-6, ISBN 978-5-901724-21-7.
Xarici keçidlər
Kateqoriya:Rusiya rəssamları Kateqoriya:Sankt-Peterburqda doğulanlar Kateqoriya:Sankt-Peterburqda vəfat edənlər Kateqoriya:RSFSR əməkdar incəsənət xadimləri Kateqoriya:Rusiya imperiyası rəssamları