Fransua Mitteran (; 6 oktyabr 1911, Jarnaj - 8 yanvar 1996, VII arondisman) — 1981–1995-ci illərdə Fransa Respublikasının Prezidenti.

Həyatı Fransua Mitteran zadəgan nəslindən olan xırda sahibkar ailəsində anadan olmuşdur. Siyasətə 1940-cı ildə gəlmişdir. O, baş serjant rütbəsində İkinci dünya müharibəsində döyüşlərdə yaralanaraq almanlara əsir düşmüşdür. Həbs düşərgəsindən iki dəfə uğursuz olaraq qaçmağa çalışmış, yalnız üçüncü dəfədən həbsdən uğurla qaçaraq Fransaya gəlmiş və Müqavimət hərəkatına qoşulmuşdu. O, tezliklə hərbi əsirlərin və deportasiya edilmiş insanların gizli Milli hərəkatına rəhbərlik etmişdi. Fransa azad olunduqdan sonra Demokratik və Sosialist Müqavimət İttifaqı Partiyasının rəhbəri olmuşdu. Dördüncü republika dövründə 11 hökumətdə ikinci dərəcəli vəzifələr tutmuşdur. 1981–1995-ci illərdə Fransa prezidenti olmuşdur.

İstinadlar

Kateqoriya:Fransa prezidentləri Kateqoriya:Fransa siyasətçiləri Kateqoriya:Fransada doğulanlar Kateqoriya:Prostat xərçəngindən ölənlər Kateqoriya:1916-cı ildə doğulanlar Kateqoriya:1916-cı ildə doğulanlar Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:İkinci Dünya müharibəsində Fransa hərbçiləri Kateqoriya:Malta cəngavərləri Kateqoriya:Fransa ədliyyə nazirləri Kateqoriya:Fransa sosialistləri Kateqoriya:Fransanın daxili işlər nazirləri