1939-cu ildə Yellostoun Milli Parkı üçün hazırlanmış afişa|thumb ABŞ milli parkları — ABŞ-də yerləşən 59 milli parka verilən ümumi ad.

ABŞ Daxili işlər nazirliyinin tabeliyindəki Milli Park Xidməti tərəfindən idarə olunan və milli park adlandırılan xüsusi statuslu 59 qoruq ərazisi mövcuddur (2013). ABŞ-dəki milli parklar ABŞ Konqresinin qərarları ilə yaradılır. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və ABŞ prezidenti Uliss Qrantın təsdiqi ilə yaradılan Yellouston Milli Parkıdır. Bundan sonra 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmış, lakin 1895-ci ildə statusunu itirmişdir. Üçüncü və dördüncü milli parklar 1890-cı ildə qurulan Yosemit milli parkı və Sekvoya milli parkıdır. 1916-cı ildə ABŞ Konqresində qəbul olunan "Milli parklar" qanunu ilə federal dövlət adından milli parkları idarə etmək üçün ABŞ Daxili işlər nazirliyinin tabeliyində Milli Park Xidməti quruldu. Qanunda hədəf belə açıqlanmışdır:

"Milli parklardakı təbii mənzərələr və təbii dekorasiya ilə tarixi və təbii ünsürlərin qorunması. Parkların idarəetməsinin hazırda insanların həzz alması üçün təşkili. Müasir dövrümüzdə bu idarəetmə elə bir üsulda və elə bir şəkildə olmalıdır ki, gələcək nəsillər eyni şəkildə milli parkdan həzz alsınlar."

Müasir dövrümüzdə milli park adı ilə qorunan parkların çoxu ABŞ Konqresinin qanunu ilə qurulmuşdan qabaq xüsusi qanunla ABŞ prezidentinin təsdiqi ilə Milli Abidə statusu alaraq federal hökumətin qorunmasına alınmışdılar. Ən son milli park statusu almış park Pinnakles Milli Parkıdır.

6-sı Alyaskada olmaqla 7 milli park həmçinin Milli Qoruma Bölgəsi statusunu da almışdır. Teorik və hüquqi baxımdan hər iki status da fərqlidir.

Hər hansı bir ərazi milli park statusu alması üçün vacib şərtlərə cavab verməlidir. Bu kriteriyalara təbii gözəllik, geoloji quruluşlar, inanılmaz ekosistemlər və ziyarətçilərə turizm imkanı daxildir. Amma bu kriteriyaların hamısı bütün milli parklar üçün əhəmiyyətli deyil, hətta bəzi milli parklar bu kriteriyaların bir neçəsinə cavab vermir.

ABŞ-nin 50 ştatının ancaq 27-si milli parka sahibdir və iki milli park da (Amerikan Samoası Milli Parkı və Amerikan Virgin Adaları Milli Parkı) ştatlarda deyil, ABŞ-yə bağlı ərazilərdə yerləşir. Ən çox milli parka sahib ştat 9 milli parkla Kaliforniyadır. İkinci yerdə 8 milli parkla Alyaska ştatı, üçüncü yerdə 5 milli parkla Yuta ştatı və dördüncü yerdə 4 milli parkla Kolorado ştatıdır.

Ən böyük milli park Alyaskada yerləşən və sahəsi 44.313 km² olan Vranqell-Sent-Elias Milli Parkıdır. Bu milli park ABŞ-nin ən kiçik 9 milli parkının ümumi sahəsindən də böyükdür. Böyüklük sırasında növbəti 3 yerdə də yenə Alyaskada yerləşən milli parklar gəlməkdədir (Artika Darvazaları Milli Parkı (29.405 km²), Denali Milli Parkı (19.121 km²) və Katmai Milli Parkı 14.616 km²). Ən kiçik milli park isə 20 km² sahə ilə Hot Sprinqs Milli Parkıdır. Bütün milli parkların sahəsi isə 210.000 km²-dir. Orta hesabla hər milli parkın sahəsi 3.620 km²-dir

Ən çox ziyarətçi cəlb edən milli park Şimali Karolina və Tennesi ştatlarında yerləşən Böyük Tüstü Dağları Milli Parkıdır. Bu milli parkı 2011-ci ildə 9.008.830 nəfər ziyarət etmişdir. Ziyarətçi baxımından ikinci yerdə Arizona ştatındakı Böyük Kanyon Milli Parkıdır və bu parka 2011-ci ildə gələn ziyarətçi sayı 4.298.178 nəfər olmuşdur. Ən az ziyarətçiyə ev sahibliyi edən milli park Alyaskadakı Klark Gölü Milli Parkıdır. Bu milli parkı 2011-ci ildə cəmi 5.158 nəfər ziyarət etmişdir.

59 ABŞ milli parkından 14-ü YUNESKO-nun Dünya irsi siyahısındadır.

Xəritə

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px   7px  

7px   7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

7px  

289px|<noinclude>

Siyahı Qeyd: Açıq mavi fon milli parkın YUNESKO-nun Dünya irsi siyahısında olduğunu göstərir. ŞəkilAdıYeriQurulma tarixiSahəsi (km²)Məlumat 170px Akadiya Milli Parkı 22px Men 26 fevral 1916192 Səhra dağı adası və sahilə yaxın digər adalarla Akadiya Milli Parkı ABŞ-nin Atlantik okeanı sahillərindəki ən yüksək dağa, okean sahillərinə, meşə sahələrinə və göllərə ev sahibliyi edir. Şirin sular, meşələr və qabarma-çəkilmə zamanı ortaya çıxan bataqlıqlar milli parkın əsas görməli yerləridir. 170px Amerikan Samoası Milli Parkı 22px Amerikan Samoası 31 oktyabr 198836.4 Ən cənubda yerləşən bu milli park üç Samoa adasını əhatə edir. İçində mərcan rifləri, ekvatorial meşələri, vulkanik dağları və çimərlikləri var. Bu parkda uçan tülkü, yarasalar, boz sula quşları, dəniz tısbağaları və 900 növ balıq yaşayır. 170px Arçz Milli Parkı 22px Yuta 12 noyabr 1971310 Bu milli parkda 2000-dən çox qumdaşı qayasından ibarət təbii kəmər yerləşir. Çöl iqlimində bu quruluşlar milyon illər ərzində eroziya nəticəsində yaranıblar. Parkdakı quraq ərazidə quru torpaq, torpaq dolu təbii çuxurlar və su toplayan təbii hövzələr diqqət çəkir. Digər geoloji quruluşlar arasında baca tipli qaya sütunlar, iti qüllələr və dik qayalar vardır. 170px Badlands Milli Parkı 22px Cənubi Dakota 10 noyabr 1978982,4 Bu parkda masa dağ tipi qayalar, qüllələr ve prayri tipli otlaq sahələr mövcuddur. 33,5 milyon il əvvələ aid olan böyük heyvan qalıqlarına ev sahibliyi edir. Bizon, amerikan vəhşi qoyunu, qara ayaqlı gəlincik, ova tülküsü kimi heyvanlar milli parkda yaşayan canlılar arasındadır. 170px Biq-Bend Milli Parkı 22px Texas 12 iyun 19443.242 ABŞ-Meksika sərhədi olan Rio Qrande çayında olan təbii quruluşdan adlandırılmışdır. Bu park Çixuaxuan səhrasının bir hissəsini əhatə edir. Milli parkda bir çox yaxşı halda qorunmuş heyvan qalıqları var. Milli parkda həmçinin yerli xalqa aid kiçik sənət əsərlərini görmək də mümkündür. 170px Biskeyn Milli Parkı 22px Florida 28 iyun 1980700 Bu park Biskeyn körfəzində, Florida Keys adalarının şimalında yerləşir. Parkda bir-birilə bağlı 4 ekosistem var: manqrov meşələri, körfəz, Keys adaları və mərcan rifləri. Parkda qorunan heyvan növləri arasında Karib manatisi, Amerika timsahı, müxtəlif növ dəniz tısbağası və bayağı quşlar vardır. 170px Brays Kanyonu Milli Parkı 22px Yuta 28 fevral 1928 145 Bris kanyonu Paunsauqunt platformasında yerləşən nəhəng bir təbii amfiteatr şəklindədir. Bu ərazidə eroziya nəticəsində ortaya çıxan yüzlərlə baca şəklində Haduu adlandırılan qayalar vardır. Bu ərazidə əvvəllər yerli xalqlar məskunlaşmışdılar. Sonradan Yutaya qaçan Avropa əsilli Mormon məzhəbinə mənsub olanlar burada məskunlaşmışdılar. 170px Böyük Kanyon Milli Parkı 22px Arizona 26 fevral 1919 4.779 Böyük Kanyon Kolorado çayı tərəfindən əmələ gətirilmiş olub 446 km uzunluğunda, 1,6 km dərinliyində və 25 km genişliyindədir. Kolorado platformasında milyonlarla il ərzində eroziya nəticəsində əmələ gələn bu kanyonda çox rəngli divarlar və maraqlı qaya quruluşları ortaya çıxmışdır. Bu milli park 1979-cu ildən YUNESKO-nun Dünya irsi siyahısındadır. 170px Böyük Tüstü Dağları Milli Parkı 22px Şimali Karolina,22px Tennesi 15 iyun 19342.109 Böyük Tüstü dağları Appalaç dağlarının bir hissəsidir. Böyük Tüstü dağlarında müxtəlif hündürlükdə zirvələr vardır. Bu dağlarda 400 növ onurğalı heyvan, 100 növ ağac və 5000 növ bitki mövcuddur. Bu park ABŞ-nin ən çox ziyarətçi cəlb edən milli parkıdır. Parkda 1.300 km uzunluğunda yürüyüş zolağı mövcuddur. ABŞ-nin 3.500 km uzunluğunda olan Appalaç Yürüyüş Zolağı 110 km-lik hissəsi bu milli parkdan keçir. Ziyarətçilər burada balıq ovu, atçılıq kimi fəaliyyətlərlə məşğul ola və 80-ə qədər tarixi binanı ziyarət edə bilərlər. Bu milli park 1983-cü ildən YUNESKO-nun Dünya irsi siyahısındadır. 170px Kanyonlands Milli Parkı 22px Yuta 12 sentyabr 1964366 Bu parkdakı ərazilər Kolorado çayı, Yaşıl çay və yaxınlıqdakı digər çaylar tərəfindən milyonlarla illər ərzində eroziyaya uğradılaraq böyük masa tipli təpələr və qrabenlər ortaya çıxarmışdır. Milli park 3 hissədən ibarətdir. Parkda baca tipli sütunlar və digər geoloji quruluşlar vardır. Həmçinin milli parkda qədim Anasazi xalqına aid arxeoloji qalıqlar tapılmışdır. 170px Kapitol Rifi Milli Parkı 22px Yuta 18 dekabr 1971 976 Bu parkda yerləşən Vatepoket Fold 160 km uzunluğunda yeraltına doğru bükülmüş geoloji quruluş olub, bu quruluşda yer üzünün üst-üstə olan geoloji təbəqələrini görmək mümkündür. Bu parkdakı digər təbii quruluşlar arasında baca tipli sütunlar, monolitik sütunlar, qübbə şəkilli qayalar da vardır. Qübbəli qayalar ABŞ Konqresinin binasına oxşadıldığı üçün milli park Kapitol adlandırılmışdır. 170px Karlsbad Mağaraları Milli Parkı 22px Nyu Meksiko 14 may 1930188 Karlsbad mağaraları sistemində 117 mağara vardır və bu mağaraları bir-birinə bağlayan dəhlizlərin ümumi uzunluğu 190 km-dir. Bu mağaralardan Biq Rum mağarası 1200 m genişliyindədir. Bu mağaralar sistemində 400.000-ə qədər Tadarida brasiliensis növündə yarasa və 16 növdə heyvan yaşamaqdadır. Bu parkın yerüstü hissəsində Çixuaxuan səhrası və Zınqırovlu İlan çayı yerləşir.