1990-cı il Azərbaycan SSR Ali Sovetinə seçkilər — Azərbaycanda ilk çox partiyalı seçkilərdir. 30 sentyabr və 14 oktyabr 1990-cı il tarixlərində baş tutmuşdur.
Haqqında 1990-cı il avqustun 24-də qəbul edilmiş Azərbaycan Xalq Cəbhəsinin Ali Sovetə seçkilərə dair seçkiqabağı proqramında Azərbaycanın tam dövlət müstəqilliyinin bərpa edilməsi əsas proqram məqsədi kimi bəyan olundu. Həmin proqram “Demokratik Azərbaycan” seçki blokunun da platforması kimi təsdiq edildi.
Nəticələr Partiya və ya alyanslarSəs%YerlərAzərbaycan Kommunist Partiyası280"Demokratik Azərbaycan" Seçki Bloku45Bitərəf15Vakant yerlər20Cəmi360
Pozuntular Bakı şəhəri, 26 Bakı komissarı adına rayonda yerləşən 7, 8, 9, 10 və 11 nömrəli dairə seçki komissiyalarında RİK katibi B.P.Voronin tərəfindən seçki pozuntuları halları qeydə alınmışdır.
İstinadlar
Xarici keçidlər CIA World Factbook (1995)
Kateqoriya:1990-cı ildə Azərbaycan Kateqoriya:Azərbaycan Sovet Sosialist Respublikasında seçkilər Kateqoriya:Azərbaycan SSR Ali Soveti Kateqoriya:1990-cı ildə seçkilər Kateqoriya:14 oktyabrdakı hadisələr