Alfredo Qomes Urkuyo (; ) — Nikaraqua Respublikasının vitse-prezidenti (2005–2007).
Həyatı 9 avqust 1942-ci ildə Rivas şəhərində anadan olmuşdur.Nikaraqua Respublikasının Vitse-prezidenti Alfredo Qomes Urkuyonun tərcümeyi-halı. mfa.gov.az
Təhsili İlk ali təhsilini Rivas şəhərindəki Rosendo Lopes İnstitutunda almışdır. Daha sonra təhsilini Diriamba şəhərinin Pedaqoji İnstitutunda və Xinotepe şəhərinin Xuan Xose Rodrigez İnstitutunda davam etdirmişdir.
1970-ci ildə Manaquanın Mərkəzi Amerika Universitetində baytarlıq və zooloq peşəsinə yiyələnmişdir.
Siyasi fəaliyyəti 2005-ci il oktyabrın 10-da Nikaraqua Milli Asambleyası tərəfindən Respublikanın vitse-prezidenti seçilmişdir. 2007-ci ilin yanvarına qədər bu vəzifədə olmuşdur.
Ailəsi Evlidir, altı övlad atasıdır.
Mükafatları 2002-ci ildə "Korrupsiyaya Qarşı Mübarizə"də göstərdiyi xidmətlərə və vətənpərvərliyə görə Vətəndaş Cəmiyyəti tərəfindən təşəkkürnaməyə layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Nikaraquada doğulanlar Kateqoriya:Nikaraqua siyasətçiləri