Nursultan Əbiş oğlu Nazarbayev (; ) — Qazaxıstan Respublikasının 1-ci Prezidenti (1990–2019). Elbaşı () titulunun daşıyıcısı, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurasının sabiq rəhbəri və hakim Nur Otan partiyasının sabiq lideri.

Həyatı Nursultan Nazarbayev 6 iyul 1940-cı ildə Qazaxıstan Respublikasında doğulmuşdur.

1958–1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxumuş, "Kazmetalurqstroy" trestində fəhlə işləmişdir. 1960–1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 1967-ci ildə Karağandı metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirmişdir, iqtisad elmləri doktorudur. 1969–1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışmışdır. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirmişdir. 1984–1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1989–1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilmişdir.

24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilmişdir. 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının 1-ci Prezidenti seçilmişdir. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılmışdır. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilmişdir. 4 dekabr 2005-ci ildə seçkilərdə 91,15% səs toplayaraq təkrar prezident olmuşdur.

19 mart 2019-cu ildə Qazaxıstan Prezidentliyindən istefa etmişdir:

Ailəsi Evlidir, üç qızı var.

Maraqları Tennis və xalq musiqisinə maraq göstərir.

Mükafatları 3 aprel 2017-ci ildə "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir.

İstinadlar

Kateqoriya:Qazaxıstan siyasətçiləri Kateqoriya:Qazaxıstan prezidentləri Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Nursultan Nazarbayev Kateqoriya:Qazaxıstan SSR Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvləri Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktorları Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin Mərkəzi Təftiş Komissiyasının üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin XI çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasını tərk edənlər Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Tbilisinin fəxri vətəndaşları