Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması — 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterinin erməni terrorçuları tərəfindən28 yanvar 1992-ci il. "Ağdam-Şuşa" marşrutu ilə uçan "Mİ-8" mülki helikopteri Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Xankəndi istiqamətindən Stinger raketi ilə vurulması hadisəsi. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur.
Hadisədən əvvəl
Hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olmuşdular. Həlak olanların arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev vardı. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdu.
Həlak olanların siyahısı Abbasov Şahin Əli oğlu (d.01.06.1951, Ərikli, Laçın rayonu) — mülki Abbasova Səadət Şahin qızı (d.1980) — mülki Abbasova Sədaqət Kamran qızı (d.21.12.1959, Ağdam rayonu) — mülki Allahverdiyeva Hafizə Əli qızı – Şuşa şəhər sakini, onunla birlikdə həlak olan qızının 16 yaşı var idi; (Şuşa şəhəri) — mülki. Allahverdiyeva Xuraman Eldar qızı – Şuşa şəhər sakini, 16 yaşında (Şuşa şəhəri) — mülki. Axundov Səfa Fətulla oğlu (d.1958, Masallı rayonu) — pilot, Azərbaycanın Milli QəhrəmanıVüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 27–28. Cabbarov Xıdır Sədrəddin oğlu (d.5 fevral, 1969, Arduşlu, Laçın rayonu) — mülki Hüseynov Saleh Şahmar oğlu (d. 21 dekabr, 1936, Şuşa rayonu) — mülki. Mahmudov Ərəstun İspəndi oğlu (d.1957, Pirəbülqasım, İsmayıllı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı Salahov Şakir Şamil oğlu (d.1966, Cəmilli, Xocalı rayonu) — Azərbaycanın Milli QəhrəmanıVüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 252. Seryogin Viktor Vasilyeviç (d.23 mart 1944, Tbilisi) — pilot, Azərbaycanın Milli Qəhrəmanı Sevindikov Qara Ərşad oğlu (d.1935, Ərikli, Laçın rayonu) — mülki
İstinadlar
Ədəbiyyat Керимли Керим // Журналисты на войне в Карабахе / ред. — Илья Максаков. — М.: Права человека, 2002. — С. 82. — 183 с. — 1000 экз. — ISBN 5-77 12-0236-3.
Həmçinin bax Erməni terrorizmi Qarakənd faciəsi
Xarici keçidlər
Kateqoriya:1992-ci ildə Azərbaycan Kateqoriya:28 yanvardakı hadisələr Kateqoriya:1992-ci ildəki münaqişələr Kateqoriya:Şuşa rayonu Kateqoriya:Erməni millətçilərinin terror aktları Kateqoriya:Azərbaycan Hava Yolları Kateqoriya:Azərbaycanda aviasiya hadisələri Kateqoriya:Azərbaycan Hava Yollarının qəza və hadisələri Kateqoriya:Qarabağ münaqişəsi