Hüseynov Şövqi Ərəstun oğlu () — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının (2002) və Kalmıkiyanın RF (2016) Əməkdar artisti, "Qızıl Dərviş"(2006) və "Zirvə" (2015) mükafatları laureatı, "Stanislavski" medalı laureatı (2015).

Həyatı Şövqi Hüseynov 1972-ci il avqust ayının 9-da Cəlilabad rayonunda anadan olub. 1989-cu ildə İncəsənət Universitetinin dram teatr və kino aktyoru fakültəsinə daxil olmuşdur. Xalq artisti, professor Cənnət Səlimovadan dərs alıb. 1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Kamera Teatrında aktyor vəzifəsində fəaliyyətə başlamışdır 2000-ci ildən həm də dublyaj fəaliyyəti ilə məşğuldur. 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, 2014-cü ildən Akademik Musiqili Teatrın aktyorudur. 2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.

Mükafatları İranda, Türkiyədə, Moskvada, Kiyevdə, Moldovada, Belarusiyada, Şri-Lankada, Makedoniyada keçirilən beynəlxalq teatr festivallarının laureatı olmuşdur. Azərbaycan Respublikasının əməkdar artistidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 mart 2015-ci ildə Milli Teatr günü Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində "O olmasın bu olsun" tamaşasında ifa etdiyi Məşədi İbad roluna görə "Zirvə" mükafına layiq görülüb. 29 oktyabr 2015-ci ildə Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqı tərəfindən "Stanislavski" medalına layiq görülüb."Xortdanın cəhənnəm məktubları"nı Rusiyada oxudular — FOTO

2016- cı ildə RF Kalmıkiyanın əməkdar artisti fəxri adına layiq görülüb.

Şövqi Hüseynov 2018-ci ildə İranın Təbriz şəhərində keçirilən "Əlif" beynəlxalq teatr festivalında "Dəlinin qeydləri" tamaşasındakı Aksenti İvanoviç roluna görə, Ən yaxşı kişi rolu nominasiyasında birinci mükafata layiq görülüb.

2016-cı ildə Makedoniyanın Bitola şəhərində keçirilən Beynəlxalq Teatr Festivalının Qran-Pri mükafatına layiq görülüb.

2024-cü ildə "Cəfər Cabbarlı" mükafatına layiq görülmüşdür.

Aktrisa Şəbnəm Hüseynovanın həyat yoldaşıdır.

Teatrda oynadığı rollar Qazı ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadə) Skapen ("Skapenin kələyi", Jan Batist Molyer) Poprışşin ("Dəlinin qeydləri", Nikolay Vasilyeviç Qoqol) (mono tamaşa) Kin ("Edmund Kin", Qriqori Qorin) Vəzir ("Vəziri-xani-Lənkəran", Mirzə Fətəli Axundzadə Dərviş ("Müsyö Jordan və Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə) Narahat adam ("Ruh", Kamal Abdulla) Raffael ("Don Raffael-trombonçu", Peppino de Filippo) Ramiz ("Şirə bənzər", Rüstəm İbrahimbəyov) Kişi ("Bir…iki…bizimki", Kamal Abdulla) Qıvrımsaç ("Sən məni atmazsan ki…", Con Steynbek) Kontrabasçı ("Kontrabas", Patrik Züskind) (mono tamaşa) Salyeri ("Mosart və Salyeri", Aleksandr Sergeyeviç Puşkin) Don Quan ("Daş qonaq", Aleksandr Sergeyeviç Puşkin) Yaqo ("Otello", Uilyam Şekspir) Motl ("Mavi yuxular", Şolom Aleyxem) Şifone ("Mizantrop", Ejen Labiş) Manıs ("İtlər", İlqar Fəhmi və Oqtay Kazımi) Feyerbax ("Mən Feyerbaxam", Tankret Dorst) (mono tamaşa, Bakı Kamera Teatrı) Tanrıverdi ("Hekayəti-xırsi-quldurbasan", Mirzə Fətəli Axundzadə) Kral ("Eskorial", Mişel de Gelderode) Vladimir ("Qodo həsrətində", Semuel Bekket - Bakı Kamera Teatrı) Lopaxin ("Albalı bağı", Anton Pavloviç Çexov) Şeyx Sənan ("Şeyx Sənan", Hüseyn Cavid) Aydın ("Aydın", Cəfər Cabbarlı) Savalan ("Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev) Merkisio ("Romeo və Culyetta", Vilyam Şekspir) Markiz ("Markolfa", Dario Fo) III Riçard ("III Riçard", Vilyam Şekspir) İnqilab ("Miras", Hüseynbala Mirələmov) Məşədi İbad ("O olmasın, bu olsun", Üzeyir Hacıbəyov — Azərbaycan Dövlət Musiqili Teatrı) Oqtay ("Oqtay Eloğlu", Cəfər Cabbarlı) Kavaler ("Mehmanxana Sahibəsi", Karlo Qaldoni) Estraqon ("Qodo həsrətində", Camuel Bekket — Akademik Musiqili Teatr) Mir Cəfər Bağırov ("Nuri-didə Ceyhun", Əli Əmirli — Akademik Musiqili Teatr) Tülkü ("Balaca Şahzadə", Antuan De-Sent Ekzüperi — Akademik Musiqili Teatr) Mebius ("Dəlixanada Qətl", Fridrix Dürrenmatt) Fazil Məhəmməd ("Dəli Yığıncağı", Cəlil Məmmədquluzadə) Triqorin ("Qağayı", Anton Çexov) Sələmçi ("Utancaq qız" mono tamaşa, Fyodor Dostoyevski - Akademik Dövlət Musiqili Teatrı) Cəlil ("Killerdən teleqram" mono tamaşa, Pərviz Seyidli- Akademik Dövlət Musiqili Teatrı) Ağabala ("Bəxtiyar", Tofiq Quliyev - Akademik Dövlət Musiqili Teatrı) Cəfər ("Qorxma mən səninləyəm", Polad Bülbüloğlu- Akademik Dövlət Musiqili Teatrı) Müstəntiq ("Kod adı V.X.A.", Mehriban Ələkbərzadə) Feyerbax ("Mən Feyerbaxam" mono tamaşa, Tankred Dorst) Vladimir ("Qodo həsrətində", Samuel Bekket) Şahlar Mehmandarov ("Neft bumu hamıya gülümsəyir", Maqsud İbrahimbəyov) Püstə ağacı - mono tamaşa (Maqsud İbrahimbəyov)

Filmoqrafiya Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) — (AZTV dublyajı) film səsləndirən: Əhməd (Mikayıl Kərimov);Zeynal (Eldəniz Rəsulov);Fazil (Hamlet Qurbanov) Bütün Azərbaycan əsgər olmalı (1997, film-tamaşa) Məhv olmuş gündəliklər (film, 1999) — rol: Qənimət Sabiqlər (film, 1999) Şirin bülbül (film, 2000) — rol: Jurnalist "Edelveys" və dəmir biləklər (film, 2001) Qeybdən gələn səs (film, 2002) — rol: Müşfiq Tənha durna uçuşu (film, 2003) — film səsləndirən: Nəsib (Ötkəm İsgəndərov) Almas Yıldırım (film, 2004) — rol: agent;kəndli Toy (II) (2004, film-tamaşa) Abbas Səhhət (film, 2007) (qısametrajlı sənədli film) (AzTV) — mətn oxuyan Cavid ömrü (film, 2007) — film səsləndirən: Mikayıl Müşfiq (Qurban Məsimov) Seans (veriliş, 2007) — Verilişdə iştirak edən Zəlimxan dastanı (film, 2007) — Mətni oxuyan Günaydın, mələyim! (film, 2008) — rol Aşiqlər (film, 2008) — rol: NKVD işçisi Üç zirvənin fatehi (film, 2008) Cavad xan (film, 2009) — film səsləndirən: Hüseynqulu xan (Anar Fərəcbəyli) Qaydasız döyüş (film, 2009) — rol: kapitan Ağayev Rəfibəylilər (film, 2009) Yaddaş (film, 2010) – rol: Azər Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: Murad Babayev Bir gün olmasam... (film, 2012) — Mətni oxuyan Pərvanələrin rəqsi (serial, 2012) — rol: Tofiq Qüdrətov Yaşadan, yaşayan Yaşar (film, 2012) — Mətni oxuyan Dərvişin qeydləri (film, 2013) — rol: karvansaraçı Sonuncu fəsil (teleserial, 2013) — rol: Sədi Zamanlı Qaynanamız (teleserial, 2015) — rol: İmaş Xeyirlə şərin rəqsi (film, 2015) — rol: Qulam Vicdan haqqı (teleserial, 2016) Yalan (film, 2005) — film səsləndirən: Vasif (Elçin Əhmədov) Məhkumlar (film, 2006) — film səsləndirən: Eldar (Ramil Zeynalov) Tahirənin İntiqamı (serial,2009) — film səsləndirən: Fazil (Tariyel Qasımov) Tanrının xilas əli (film, 2023) — film səsləndirən: Tofiq Vətəndaş A (2024) - Fəttah İmtina (2024) - Həmid Tilov (2025) - İlqar Mikrorayon (2026) Mən, Lalə və Şerlok Xolms 1 (2024) - Puaro və Məşədi İbad Fatehlərin divanı (2026) - Nəriman Nərimanov Memar Əcəmi (2026) Molla Nəsrəddin. Çətin günləırimin dostu (2026) - Cəllad

İstinadlar

Xarici keçidlər "O olmasın, bu olsun" yeni quruluşda təqdim olunub Teatrlara dövlət qayğısı gücləndirilir

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:"Qızıl Dərviş" mükafatı laureatları Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları