Həzm aparatı () — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, həzm kanalından və bir sıra vəzilərdən ibarətdir. İnsanın həzm kanalı () 8–10 m uzunluğunda olub, bir neçə hissələrə bölünür: I. Ağız boşluğu — , bura dişlər, ağız vəziləri, dil, damaq aiddirlər.

II. Ön bağırsaq Udlaq Qida borusu Mədə III. Orta ya nazik bağırsaq Onikibarmaq bağırsaq Acı bağırsaq Qalça bağırsaq IV. Arxa ya yoğun bağırsaq Kor bağırsaq Qalxan çənbər bağırsaq Köndələn cənbər bağırsaq Enən çənbər bağırsaq S-ə bənzər çənbər bağırsaq Düz bağırsaq V. Vəzilər Dilaltı vəzi Çənəaltı vəzi Qulaqaltı vəzi Qaraciyər: Öd kisəsi; Öd Mədəaltı vəzi

Ağız boşluğuna düşən əzilmiş, islanmış qida əsnək dəliyindən () udlağa keçərək və oradan qida borusu vasitəsilə mədəyə düşür. Mədəyə daxil olan qida həzm olunduqdan sonra nazik bağırsağa ():onikibarmaq (), acı (), qalça bağırsağa () keçir. Onikibarmaq bağırsağa qaraciyər və pankreas axacaqları açılır. Bu axacaqlar vasitəsilə ifraz olunan öd və mədəaltı vəzi şirəsinin təsirindən hörrə halına düşmüş qida nazik bağırsaq divarındakı xovlar vasitəsilə mənimsənilərək qana ötürülmüş olunur. Yerdə qalan hissə arxa ya yoğun bağırsağa: kor bağırsaq (), qalxan çənbər bağırsaq (), köndələn cənbər (), enən çənbər (), S-ə bənzər çənbər () keçərək tərkibindəki su bağırsaq divarından sorulur və yerdə qalan nəcis kütləsi düz bağırsaq () vasitəsilə anal dəliyindən () defokasiya olunur. Beləliklə həzm kanalı ağız yarığından başlayıb, anus ilə tamam olur və bu dəliklər vasitəsilə xarici mühitlə birləşir. Mənbə Bourgery JM. Traité complet de l’Anatomie de l’Homme. Paris: Delaunay; 1839. Vol. 5 Splanchnology; pp. 169–179. Gray H (1918) Gray’s anatomy. Anatomy of the human body. XI Splanchnology, 2H The Large Intestine 1918. Atlas of Human Anatomy. vols. 1-3. vol. 1, Osteology, Arthrology and Syndesmology, Myology (317 pp.); vol. 2, Splanchnology, Ductless Glands, Heart (229 pp.); and vol. 3, Nervous System, A ngiology, Sense Organs (326 pp.). Ferenc Kiss and Janos Szentágothai. Pergamon, London; Macmillan, New York, ed. 17, 1964. Illus. M.B. DeJarnette. Technic and Practice of Bloodless Surgery. 1939, p. 51 Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979

Kateqoriya:Anatomiya Kateqoriya:Daxili üzvlər Kateqoriya:Həzm sistemi