Rob Qonsalves (; d. 1959, Toronto, Kanada) — Kanadalı rəssam.Dürrə Həsən. İlk baxışdan insanı yanıldan möcüzəli rəsmlər . kult.az, 31.01.2015
Həyatı Rob Qonsalves 1959-cu ildə Kanadanın Toronto şəhərində qaraçı ailəsində anadan olmuşdur.
Ən böyük arzusu memar olmaq olsa da, uaqlıqdan rəsmə marağı var idi. Salvador Dalinin yaradıcılığı ilə tanış olduqdan sonra isə onun sürrealizmə olan diqqəti daha artır.
Yaradıcılığı Rob Qonsalves 70-dən çox əl işinin müəllifidir. Onun əsərlərinə dünyanın bir çox aparıcı insanları, hətta senatın özü də biganə qalmamışdır.
İlk mühüm sərgisi 1990-cı ilə Torontoda təşkil olunmuşdur. Müxtəlif zamanlarda Nyu-York və Los-Ancelesdə "Art expo", Las-Veqasda "Dekor" adlı rəsm sərgiləri təşkil olunmuşdur. Bundan əlavə, "Discovery", "Hudson River" və "Laleydeskop" adlı rəsmləri məşhur rəsm qalereyalarında nümayiş etdirilir.
2003-cü ildə "Simon & Schuster" nəşriyyatı tərəfindən onun əsərlərindən ibarət kitab nəşr etdirilmişdir. 2005-ci ildə çapdan çıxan 2-ci belə kitab "Təsəvvürdə bir gün" adlanır. Rəssamın əl işlərinin toplandığı 3-cü kitab "Bu yeri düşünün" adı ilə nəşr olunmuşdur.
Rob Qonsalves həmçinin bir çox teatrların dekorasiyasının müəllifi kimi də tanınır.
Sitatları Rəsmlərində mümkünsüz təsəvvürləri belə mümkün edəcəyini deyən rəssam belə deyir:
"Sərhədsiz fantaziya hər şeyə qadirdir". "İncəsənəti sizə elə təqdim edəcəm ki, buludlar, səma və dəniz gözünüzün önündə fərqli formalarda canlanacaq. Sadəcə, bir qədər diqqətli olsanız, mənim sizə demək istədiyimi anlayacaqsınız".
İstinadlar
Xarici keçidlər The Magic Realism of Rob Gonsalves www.marcusashley.com qalereyası. www.progressiveart.com qalereyası.
Kateqoriya:Torontoda doğulanlar Kateqoriya:Qaraçılar Kateqoriya:Kanada rəssamları Kateqoriya:Sürrealistlər