thumb|Yalancı 9 nömrə ilə tiki-taka sxemi: 4 müdafiəçi, 3 yarımmüdafiəçi, 3 hücumçu. Ənənəvi 9 nömrə dəyişilərək yalançı 9 nömrəyə çevrilir. thumbnail|2010-cu il Dünya Kubokunda İsveçrəyə (ağlar) qarşı oyunda İspaniya yığmasının (qırmızılar) yarımmüdafiəçisinin mövqeyi.
Tiki-taka () — futbolda oyun taktikası. Tiki-taka, top üzərində nəzarətin saxlanılmasına yönəldilmiş qısa ötürmə və fasiləsiz hərəkətin uyğunluğu, topu, uzun uzadı paslaşma zamanı yaranan boşluqdan istifadə edib irəli aparmaq ilə xarakterizə olunur. Bu oyun stilini Pep Qvardiola "Barselona"da tərtib etmişdir. Düzdür sonralar o, bu taktikadan, onu "mənasız və xeyirsiz" adlandıraraq imtina edib və hətta bu iddiaları özündən və klubundan rədd edərək demişdir ki: "Barsa" Tiki-taka etməyib!", "bu cür ötürmə xətrinə ötürmələrə nifrət edirəm" və əlavə etmişdir ki, "top, ancaq rəqib qapısına qol vurmaq məqsədilə otürülməlidir" Bu taktika, kökləri 1990-cı illərin əvvəllərində Barselonada məşqçi kimi çalışan Yohan Kroyfun tədbiq etdiyi oyun stilinə gedib çıxsa da ilk növbədə İspaniya yigması ilə əlaqələndirilir. Tiki-taka, Luis Araqones və Visente Del Boske dövründəki İspaniya yığmasının "qızıl heyətinin" və Barselona klubunun ən vacib tərkib hissəsi idi. Bu tərkibdə və bu taktikanı tədbiq etməklə İspaniya yığması 2008-2012-ci illər arası dövrdə dalbadal uç titul - iki Avropa çempionluğu və Dünya kubokunu (çempionluq) qazanmışdır. Həmçinin Barselona klubu da 2009-cu ildə altı mükafat qazanmışdır. Tiki-taka futboldakı ənənəvi düşüncə tərzindən imtinanı və zona müdafiəsinə keçidi nəzərdə tutur. Bu taktikanı tədbiq etməklə vurulan ilk qol Serxio Ramosun 13 oktyabr 2007-ci ildə Orhusda (Danimarka) Avro-2008 seçmə mərhələsinin oyununda vurduğu qol sayılır. Oyunda, 75 saniyəyə 28 ötürmə və 65 topa toxunuş etmiş 9 futbolçu iştirak etmişdir və nəticədə İspaniya turnirin qalibi olmuşdur.
Azərbaycanda tiki-taka taktikasını Qurban Qurbanov "Qarabağ" klubunda tədbiq edir. thumb|İspaniya yıgması Avro-2012-dəki qələbəsini qeyd edir.
Sələfləri Tika-taka kimi öz dövründə ötürmələrdə və toppuz hərəkətlərdə misilsiz mükəmməllik sayəsində uğur qazanmış daha əvvəlki taktikalar arasinda 1934-cü ildən 1942-ci ilə qədər "Şalke 04"ün altı Almaniya çempionluğu qazandığı "Şalker Krayzel" ("Şalke-fırlanması") və 1970-ci illərdə "Ayaks" və Hollandiya yığma komandasının istifadə etdiyi "total futbol" da var.
Məşqçi Ancelo Nikulesku həmçinin tiki-takanın sələfi hesab olunan «Temporizare» («gecikdirmə») üslubuna sadiq idi. Komanda topu mümkün qədər uzun müddət saxlamağa, rəqibin müdafiəsində boşluq tapılana qədər dəfələrlə qısa ötürmələrdən istifadə etməyə çalışırdı. Bu taktikadan istifadə edərək, o, Rumıniya yığma komandasını dəyişdirdi və ona 32 illik fasilədən sonra 1970-ci ildə Meksikada keçirilən dünya çempionatına çıxmağa kömək etdi.
Yaranması və inkişafı
Taktiki icmal
Nəzərəcarpacaq uğur
Tənqid
Tika-takaya qarşı
İstinadlar
Kateqoriya:Futbol terminologiyası Kateqoriya:Futbol taktikaları
