Natella Osmanlı — Azərbaycan yazıçısıПисательница Нателла Османлы презентовала "Лоллипоп" , 1news.az, 12.07.2010, İstifadə: 11 fevral 2015, PR texnoloqu, Baku TV telekanalının rus versiyasının baş redaktoru, blogger, yazıçı və jurnalistdir. İlk kitabı 2004-cü ildə nəşr edilmiş "Qadın baxışı ilə" () toplusudur. 2014-cü ildə yazıçının həmmüəllifliyi ilə yazılmış "Lift" pyesi Tiflis və Bakıda səhnələşdirilmiş, daha əvvəl isə Kişinyovda keçirilən Gənclərin Teatr Forumunun gündəliyinə salınmışdı (2012).

Həyatı və fəaliyyəti Natella Osmanlı 1982-ci ildə Bakıda doğulub. İlk kitabı 2004-cü ildə nəşr edilmiş "Qadın baxışı ilə" (Нателла Османлы-"Женским взглядом" изд.Эльф ИПР, Москва, 2004) toplusudur. 2008-ci ildə yazıçının müəllifi olduğu "Lollipop" povesti rus dilində ən yaxşı nəşr əsərləri katoloquna daxil edilmiş"Я никогда не посоветовала бы своей сестре, или подруге связать свою жизнь с писателем…", vesti.az, 02 Июля 2012, İstifadə: 11 fevral 2015 və 2010-cu ildə Rusiya Federasiyasının Nəşr üzrə Federal Agentliyinin dəstəyi ilə "Sosial-İqtisadi və İntellektual Fondu" tərəfindən nəşr edilmişdir.Azərbaycan yazıçısı: "Qadın olmaq əladır!" , 7 мая 2011, day.az, İstifadə: 11 fevral 2015 2010-cu ildə "Lollipop" trilogiyasından nəşr edilmiş ilk kitaba yazıçının "Arlekin", "Lollipop" və "Kukolniki tap" povestləri daxildir. 2011-ci ildə yazıçının "Mən zibiləm" povesti Azərbaycan Milli Kitab Mükafatının qısa siyahısına salınmışdı.Natella Osmanlı: "Mən son pionerlərdən biriyəm" , kulis.az, 01 İyun 2011, İstifadə: 11 fevral 2015 2012-ci ildə Natella Osmanlının "Fudziama hokkey çubuğu ilə" () povesti "Bakı və ətrafı 2" () toplusunda nəşr edilib. 2013-cü ildə yazıçının ikinci toplusu olan "Xar tut" kitabı nəşr edilib."Anna Karenina" və "Xar tut"… , Azadlıq Radiosu, 06.05.2013, İstifadə: 11 fevral 2015 Kitaba müəllifin "Mən zibiləm", "Morus Niqra" və "Fudziama hokkey çubuğu ilə" povestləri daxildir. 2014-cü ildə əvvəlcə Tiflisdə, daha sonra isə Bakıda Natella Osmanlının İsmayıl İmanın həmmüəllifliyi ilə yazdığı "Lift" pyesi səhnələşdirilmişdir. Həmin pyes 2012-ci ildə Kişinyovda (Moldova) keçirilən Gənclərin Teatr Forumunun gündəliyinə də salınmışdı. 2015-ci ildə yazıçının "Mən əclafam" () adlı kitabı oxuyuculara təqdim edilmişdir.В Баку прошла презентация книги "Я-дрянь" писательницы Нателлы Османлы , 1news.az, 15.09.2015, İstifadə tarixi: 4 fevral 2016Нателла Османлы: Иногда я бываю абсолютной блондинкой , day.az, 23 сентября 2015, İstifadə tarixi: 4 fevral 2016 27 noyabr 2015-ci ildə Natella Osmanlı Rusiyada A.M. Qorki adına Ədəbiyyat institutunun keçirdiyi ədəbiyyat müsabiqəsində yeganə xarici diplomat olmuşdur.ЛИТконкурс. Стихи и проза. Короткий список (награждение победителей — 27 ноября), litinstitut.ru, 2015 Ноя, İstifadə tarixi: 4 fevral 2016 "#pureImpression" adlı səyahət bloq layihəsinin müəllifi və iştirakçısı olmuşdur.

Aparıcı kimi məşhur jurnalist və blogger, Global Media Group-un media direktoru Həmid Həmidovla birgə "İkisi birinə qarşı" adlı proqramın bir neçə verilişini lentə almışdır.

Nata Osmanlı "Anesteziya" sosial Youtube layihəsinin və Baku TV-də "İrs" bioqrafiq teleproqramlar silsiləsinin müəllifidir. Onun müəllifliyi ilə müvafiq siyasi gündəmə uyğun olaraq Baku TV-də vaxtaşırı analitik oçerklər, populyar şəxsiyyətlərlə müsahibələr dərc olunur. İstinadlar

Həmçinin bax Azərbaycan ədəbiyyatı

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:1982-ci ildə doğulanlar Kateqoriya:Azərbaycanlı yazıçılar