Hicran Firudin qızı Bağırova () — Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasının müdiri, Azərbaycanın Əməkdar həkimi (2008), Azərbaycanın elm xadimi (2021), tibb elmləri doktoru (2000), professor.

Həyatı Bağırova Hicran 1951-ci ildə anadan olub. 1967-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1973-cü ildə institutu bitirmişdir. 1975–1977-ci illərdə Moskva şəhərində Ümumittifaq Onkologiya Elmi Mərkəzində kliniki ordinatura keçmiş və 1977-ci ildən 1993-cü ilə qədər həmin Elmi mərkəzin ginekologiya şöbəsində baş laborant, həkim, kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1984-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə SSRİ Elmlər Akademiyası tərəfindən "ali dərəcəli həkim" adı verilmişdir. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasında assistent, 1998-ci ildə dosent vəzifəsinə seçilmiş, 2003-cü ildən hal-hazıra qədər kafedra müdiri vəzifəsinə təyin edilmişdirAzərbaycan Tibb Universiteti II mamalıq-ginekologiya kafedrası .

ATU-nini Böyük Elmi Şurasının, II Müalicə-profilaktika fakültəsinin Elmi Şurasının üzvüdür, Respublika mama-ginekoloqlarının elmi cəmiyyətinin sədr müavinidir, ATU-nun nəzdindəki D.03.011 Dissertasiya Şurasının üzvü, ETMGİ-nin Elmi Şurasının üzvüdür, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi tibbi Şuranın plenum üzvüdür, Alman-Azərbaycan mama-ginekoloqlar cəmiyyətinin sədridir.

2000-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülmüşdür.

İstinadlar

Xarici keçidlər Kafedra müdiri, professor, t.e.d. Hicran Bağırova Estetik və Anti-age təbabət üzrə I Azərbaycan Konqresi- tibb elmləri doktoru, professor Hicran Ağayeva Bağırova Hicran — "Mamalıq", Kitab-2007, 368 səh. "Təbib" nəşriyyatı.

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanın qadın həkimləri Kateqoriya:Qadın alimlər Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar həkimləri