Laperuz boğazı () və ya Soya boğazı () - Sakit okeanda Saxalin adası və Hokkaydo adalarını ayırır, Yapon dənizi və Oxot dənizilərini birləşdirir. Uzunluğu 94 km, eni isə 43 km təşkil edir. Orta dərinlik 20–40 m-dir. Ən dərin yeri isə 118 m təşkil edir. Qışda boğazın ərazisi donur. Boğazın adına gəldikdə isə fransız səyyahı Jan Fransua de Laperuz 1787-ci ildə boğaz ərazisini üzərək keçir. Yaponiya sahillərində Vakkanay limanı yerləşir. Boğaz ərazisində sərt qayalıqlardan ibarət olan Təhlükəliklər adası mövcuddur.
Planlar Müəyyən zamanlarda tunel tikintisi ilə boğazın altı ilə Saxalin adasına yol çəkilişi planlaşdırılırdı. Hədəf isə Yaponiyanı materikə birləşdirən yol tikintisi idi. Ancaq hal-hazırda bununla bağlı heç bir tədbir görülmür.
Mənbə Laperuz boğazı Kateqoriya:Yaponiya boğazları Kateqoriya:Sakit okeanın boğazları Kateqoriya:Saxalin vilayətinin boğazları Kateqoriya:Yapon dənizi Kateqoriya:Hokkaydo coğrafiyası Kateqoriya:Rusiyanın Sakit okean sahili Kateqoriya:SSRİ–Yaponiya münasibətləri Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış boğazlar