Aşıq Qurbani () və ya Dirili Qurbani () — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Həyatı Aşıq Qurbani XV–XVI əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır. Bu dastan "Qurbani və Pəri" adlı aşıq hekayəsinin əsasına çevrilir.
Kitablar Qurbani. (tərtib edəni Q. Kazımov). Bakı: Bakı Universiteti, 1990, 280 s.
Həmçinin bax Dirili Qurbani Məclisi
İstinadlar
Ədəbiyyat Qurbani. Əsərləri. Tərtib edəni, ön söz və izahların müəllifi: Q. Kazımov. Bakı: "Şərq-Qərb" Nəşriyyat evi, 2006, 232 s. ISBN 9789952340792
Xarici keçidlər
Kateqoriya:Cəbrayıl rayonunda doğulanlar Kateqoriya:Cəbrayıl rayonunda vəfat edənlər Kateqoriya:XVI əsr şairləri Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:İran azərbaycanlısı şairlər Kateqoriya:Türk şairlər