Osumi boğazı () — Ryukyu adalarının sonunda yerləşir. Ryukyu adasını Osumi adasından ayırır. Sakit okeanını Şərqi Çin dənizi ilə birləşdirir. Uzunluğu 35 km, eni isə 28–45 km arasında dəyişir. Dərinliyi 70–150 m arasında dəyişir. Dalğaların hündürlüyü 2–2,5 m təşkil edir. Axınlar əsasən şərqə istiqamətlənir. Ən güclü axınlar may-avqust, yanvar-fevral aylarında müşahidə edilir. Axınların sürəti 7,5–9 km/s təşkil edir.

Mənbə Osumi boğazı

Kateqoriya:Sakit okeanın boğazları Kateqoriya:Avrasiya boğazları Kateqoriya:Yaponiya boğazları