Arif Həsən oğlu Həsənov () — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Tsikloolefinlər" laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, professor.
Həyatı Arif Həsənov 1936-cı il noyabrın 7-də Bakı şəhərində, müəllim ailəsində anadan olmuşdur. 1944-cü ildə Ağdam şəhər orta məktəbinin birinci sinfinə daxil olmuş və oranı 1954-cü ildə bitirmişdir.
1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) "Neft və qaz texnologiyası" fakültəsinə qəbul olmuş və 1959-cu ildə oranı mühəndic-texnoloq ixtisası ilə başa vurmuşdur.
Həmin ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin sərəncamı ilə "Parçaların kimyəvi texnologiyası" ixtisasına yiyələnmək üçün Rusiya Federasiyasının İvanovo şəhərinə ezam olunmuşdur. İl yarım müddətində həmin ixtisasa yiyələndikdən sonra, 1961–1963-cü illərdə H. Z. Tağıyev adına Toxuculuq kombinatının "Boyaq-bəzək" işləmə fabrikində sex rəisi vəzifəsində işləmişdir.
1963-cü ildən başlayaraq A. H. Həsənovun sonrakı əmək və elmi fəaliyyəti bilavasitə Azərbaycan MEA akademik Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ilə bağlıdır. O, burada əvvəlcə mühəndis, sonralar kiçik və böyük elmi işçi vəzifələrində çalışmış, 1989-cu ildən bu günə kimi isə İnstitutun "Tsikloolefinlər" laboratoriyasının müdiridir.
Əsas elmi nailiyyətləri Alitsiklik karbohidrogenlər və onların törəmələrinin kimyası professor A. H. Həsənovun elmi fəaliyyətində xüsusi yer tutur. Bu sahədə apardıgı tədqiqatlar nəticəsində bir çox praktiki qiymətli xassələrə malik, məlum və yeni monomerlərin alınmasının əlverişli üsulları yaradılmışdır. Belə istiqamətlərdən, başlıca olaraq, pirolizin C5 fraksiyasından tsiklopentadienin, bütün məlum proseslərdən öz iqtisadi və ekoloji göstəriciləri ilə fərqlənən çıxarılma prosesini, stereomüntəzəm polimerlər üçün tsiklopenten və norbornen kimi tsikloolefin monomerlərinin yeni alınma üsullarını, norbornen əsasında karkas karbohidrogenlərinin alınma prosesini, norbornen sırası karbohidrogenlərin bioloji aktiv O-törəmələrinin alınma üsullarını və s. göstərmək olar.
Əsas elmi nəticələri A. H. Həsənovun tərəfindən aparılan elmi-tədqiqat işlərinin nəticələri Ümumittifaq Elmi-Tədqiqat Üzvi Sintez İnstitutunda (Moskva), Ümumittifaq Elmi-Tədqiqat Sintetik və Təbii Ətirli Maddələr İnstitutunda (Moskva) və Ümumittifaq Elmi-Tədqiqat Sintetik Kauçuk Monomerləri İnstitutunda (Yaroslavl) sınaqdan keçirilmiş və müsbət rəylər alınmışdır. Sintez olunmuş tsikloolefin monomerləri (tsiklopenten, norbornen və 5-metilnorbornen) çox aşağı şüşələşmə temperaturuna (minus 97 və minus 1140C) malik kauçukların istehsalı üçün yararlı polialkenamer polimerlərinin alınmasında Ümumittifaq Elmi-Tədqiqat Sintetik Kauçuk İnstitutunda (Sankt-Peterburq) müsbət nəticə ilə sınaqdan keçmişdir. Alitsiklik sırası ketonların və olefinlərin bəzi oksigenli törəmələri əsasında Moskvada ətirli kompozisiyalar yaradılmış və müəlliflik şəhadətnamələri alınmışdır.
Elmi istiqamətləri Elmi istiqaməti əsasən alitsiklik sırası karbohidrogenlər və onların törəmələrinin kimyasıdır. O cümlədən: Alitsiklik sırası doymamış karbohidrogenlərin əsasında bir çox praktiki əhəmiyyətli bioloji aktiv O- və N-törəmələrinin rasemat və optiki aktiv formalarının alınması; Neft turşuları və bərpa olunan mənbələr əsasında, bitki mənşəli doymuş və doymamış yağ turşularının nano-ölçülü katalitik sistemlərin iştirakı ilə dekarboksilləş-məsi ilə dizel yanacaqları üçün yüksək setan ədədli alkanların alınması və daxili olefinlərin alınması istiqaməti 3 Azərbaycan Patenti ilə təsdiqlənmişdir; Alitsiklik dienlər və ali alifatik sırası C6-C10 spirtlər əsasında yüksək özlülük indeksinə malik müasir tələblərə müvafiq sintetik sürtkü yağlarının alınması istiqaməti Azərbaycan Patenti ilə təsdiqlənmişdir.
Elmi fəaliyyəti 1963-cü ildən başlayaraq A. H. Həsənovun sonrakı əmək və elmi fəaliyyəti bilavasitə Azərbaycan MEA akademik Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ilə baglıdır. Alitsiklik karbohidrogenlər və onların törəmələrinin kimyası professor A. H. Həsənovun elmi fəaliyyətində xüsusi yer tutur. O, NKPİ-nin Elmi Şurasının, 1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının İxtisaslaşdırılmış Şurasının, 2000-ci ildən hal-hazıra kimi NKPİ-nin Dissertasiya Şurasının üzvüdür.
Aparılan praktiki əhəmiyyətli elmi işlərdən biri də mürəkkəb efir tipli sənaye plastifikatoru olan dibutilftalatın analoqunun alınma prosesidir. Prosesin texnologiyası işlənib hazirlanmış və Təcrübə-Sənaye miqyaslı istehsalı təşkil olunmuş, Bakı "Süni gön və Plyonka materialları" zavodunda müvəffəqiyyətlə tətbiq olunmuşdur.
Pedaqoji fəaliyyəti A. H. Həsənov elmi işlərini pedaqoji fəaliyyəti ilə uzlaşdıran alimdir. 1964–67-ci illərdə Azərbaycan Politexnik İnstitutunun yeni açılmış "Lifli materialların texnologiyası" kafedrasında "Kimyəvi texnologiya" ixtisası üzrə əvəzçiliklə mühazirə fənnini aparmış, 1998-ci ildən etibarən 2008-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin professoru vəzifəsində pedaqoji fəaliyyətdə olmuşdur.
1 elmlər doktoru, 6 fəlsəfə doktoru hazırlamışdır.
Təltif və mükafatlar D. İ. Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin diplomu, 22.12.1986., qərar № 10; 1996-cı il "Əmək Veteranı" medalı; AMEA-nın fəxri fərmanları (19.12.2001, № 39/12–104 ; 05.08.2011, № 18/4; Azərb. Respublikası "Avropa Nəşr Mətbu Evi" diplomu (AZ № 803210277). "Şöhrət" ordeni — 14.12.2005 Əməkdar elm xadimi (2019)
Elmi əsərləri Получение диенов дегидратацией продуктов жидкофаз ного окисления олефинов // Нефтехимия, 1966, Т6, № 2, С.257–261. О кротоновой конденсации кетонов в гетерогенной щелочной среде. // Азерб.хим.журнал, 1969, № 4. Исследование реакции конденсации циклопентанона с формальдегидом Азерб.хим.журнал, 1972, № 2, с.35–38. Синтез и некоторые превращения алкенил- и циклоалкенил – замещенных цикланонов. Кандидатская диссертация, Баку, ИНХП Азерб. ССР, 1972 г. Макрокинетические особенности альдольной конденсации циклопентанона с н.валериано-вым альдегидом // Доклады АН Аз. ССР, 1973 г. № 10, с.17–19. Синтез алкенилцикланонов // Азерб.хим.журнал, 1975, № 3. Щелочная соконденсация изомеров метилциклогексанона с ацетоном // Азерб.хим.журнал, 1978, № 1. К изучению реакции каталитического превращения циклопентадиена // Докл. АН Аз. ССР, 1980, № 6. О циклодиенах жидких продуктах пиролиза // Азерб.нефт.хоз-во, 1983, № 11, с.47–51. Каталитическое превращение олигомера фр. С5 ЖПП с целью получения циклоолефиновых углеводородов//Азерб.хим.журнал,1984г. № 4, с.27–36. Получение циклопентена и норборнена на основе жидких продуктов пиролиза // Тезисы IV Нефтехим. Симпозиума АН Соц.стран, г. Балатонфыред, (Венгрия), 12–17 ноября 1984г. С.58. Совмещенный процесс получения циклопентена и норборнена на базе жидких продуктов пиролиза// Азерб.нефтяное хозяйство, 1985, № 7, с.36. Получение циклоолефиновых мономеров как перспективное направление переработки ЖПП // Докл. АН Аз. ССР, серия хим.вып. 41, 1985, № 10, с.50–54. Изомеризация гексенов на перлите при образовании их из спиртов // Азерб.нефт.хоз-во, 1986, № 1, с.44–46. Термическая и каталитическая мономеризация димера циклопентадиена // Тезисы докл. Всесоюзн. Конф., посв. Памяти А. М. Бутлерова "Химия непр. Соед.", г. Казань, 1986, с.143. Этерификация 2-алкилциклогексанолов алифатическими карбоновыми кислотами // Азерб.хим.журнал, 1987, № 1,с.103 −104. Каталитическая активность природн. Флюмосиликатов в изомеризации олефинов // Тезисы докл. Конф. Соц.стран "Исслед.и прим. природн. цеолитов", г. Тбилиси, окт.1988г. Термокаталитическое преврашение циклопентадиена // Нефтехимия, 1988, Т. ХХУШ, № 5, с.653–661. Синтез простых эфиров бицикло-/2.2.1/ — гептенового ряда // Азерб.хим.ж., 1988, № 4. Этерификация алифатических моноэфиров этиленгликоля жирными кислотами // Азерб.хим.журнал, 1989, № 2. Каталит.мономеризация дициклопентадиена в проточной системе на — Al2О3. // Нефтехимия, 1990, т. ХХХ, № 1, с.69. Получение циклоолефинов циклопентенового и норборненового рядов термокаталитическим преврвщением фр. С5 пиролиза и некоторые синтезы на их основе, Докторская диссертация, Баку, АМЕА,1991г. /2+2/-гомо- и содимеризация циклоолефинов под воздействием радиационного облучения // Нефтехимия, 1992г. ХХХП, № 4, с.335–338. Пути рационального использования пироконднсата ЭП-300 // Тезисы докл. I Бак. Межд.научной конференции по нефтехимии, 23–27 март 1994г. Получение норкамфена // там же. Перспективы использования фр. С5 пироконденсатаЭП-300 // Азерб.нефт. хоз-во, 1995, № 5. Реакция алкоксилирования,протекающая при дебромировании 2,3 — ди-бромбицикло /2.2.1/-гептена в присутствии спиртового раствора цинковой пыли // ЖорХ, 1994, т.30, № 5, ст.785. Изучение особенностей реакции каталитичес-кого присоединения одно-и вухатомныхспиртовкбицикло/2.2.1/гептенам // ЖорХ, 1994, Т.30. Вып.5, с.707–709. Асимметрический катализ в реакции [4+2]присоединения малеиновой кислоты к алифатическим диенам // Тезисы докл. П Бак. Межд.нефт.конф., 18–21 июня, 1996г. Na — и NН4 — соли циклогексен- и норборнен-дикарбоновых кислот в качестве ингибиторов коррозии комплексного действия // Азерб. Хим. Ж. 1998г. № 3. Превращения 2-метилол-бицикло-/2.2.1/-гептана на оксидных катализаторах // Нефтехимия, 2000, том 40, № 4, с.304–306. Циклоалкиловые моноэфиры этиленгликоля // Процессы нефтехимии и нефтепереработки, 2000, № 4, с.14–18. Асимметрическая реакция Дильса-Альдера – перспективное направление в решении задач современной нефтехимии и фармокологии // там же, 2001, № 4, с.32–40. Асимметрический синтез эфиров норборненкарбоновой кислоты в присутствии хиральных катализаторов // Тезисы докл. V Бак. Межд. Мамедалиевской н/х конф., 2002, с.65. Асимметрический синтез полихлорнорборненов в присутствии хиральных катализаторов// Доклады АМЕА,2002, № 5–6. Синтез и превращение 5-, 2-метид- и метилен-бицикло[2.2.1]гептен(ан)ов с ретроспективной δ-миграцией водорода на оксидном катализаторе // ЖОрХ, 2003, Т.39, Вып.7, с.1008–1012. The investigation of the interrelation between biological activity and the structure of monoethers of alicyclic dicarboxylic acids // 17-th International Simposium on Medical Chemistry (ISMC), 14–17 october 2003, Kyoto, Japan. Стереоселектиный синтез кислых ß-оксиалкиловых моноэфиров норборнендикарбоновой кислоты и изучение их биологической активности // Процессы нефтехимии и нефтепереработки, 2004, № 1(16), с.57–60. Asymmetric synthesis of cycloalkyl monoether of norbornenedicarboxylic acid // Processes of petrochemistry and oil refining, 2004, № 2(16), 38–40. Диэфиры тетрагидро- и эндометилен-тетрагидро-фталевых кислот в качестве пластификаторов ПВХ-композиций // Процессы нефтехимии и нефтепереработки, 2004, № 4(19), с.31–34. Stereoselective synthesis of acids ß-oxyalcyl ethers of norbornenedicarboxylic acids // Processes of petrochemistry and oil refining, 2004, № 1, P.57–60. Синтез индивидуальных стереоизомеров N-производных алкиловых моноэфиров норборнендикарбоновой кислоты и изучение их биологической активности // Азерб. Хим. Жур., 2005, № 3, с.88–91. Стерео- и энантиоселективный синтез моноалкиловых эфиров норборнен дикарбоновой кислоты и изучение их биологической активности // Азерб. Хим. Жур., 2005, № 1, с. 77–80. The ethers of mono and carboxylic acigs bicycle[2.2.1]hept-5-ene series and their biological activity // Processes of petrochemistry and oil refining, 2005, № 2(21). Синтез 2-(бицикло[2.2.1]гепт-2-ил)оксиэтиловых эфиров алифатических карбоновых кислот // ЖОрХ, 2005, Т.41, Вып. 12, с.1793–1794. Эфиры моно- и дикарбоновых кислот бицикло[2.2.1]гепт-5-енового ряда и их биологическая активность // Процессы нефтехимии и нефтепереработки, 2005, № 2, с.19–22. Əmtəəşünaslıq və kimya, Bakı, Elm, 2006, 540 s. Асимметрическое [4+2]-циклоприсоединение: синтез хиральных эфиров норборнен карбоновых кислот // Azərbaycan kimya jurnalı, 2006, № 1, s.124–128.