Assal — Cibutinin mərkəzində yerləşən, axarsız ,krater gölü. Göl dəniz səviyyəsindən 155 m aşağıda Afar ovalığında yerləşir. Göl Afrikanın ən alçaq nöqtəsidir. Gölün 20–40 m dərinlikdə su duzluluğu 35 ‰ təşkil edir ki, bununla da göl Ölü dəniz və Elton gölü ilə yanaşı dünyanın ən duzlu göllərindən sayılır. Göl qalın duzlu torpağla əhatə olunub. Burada duz hasil edilir və karvanlarla Efiopiyaya göndərilir.

Göldən təxminən beş kilometr məsafədə cənub-şərqdə Tacura körfəzi yerləşir.

Cibuti Respublikası təklif edib ki, Assal gölü ilə Ardoukoba vulkanı UNESCO-nun "Dünya irsi" siyahısına salınsın.

İqlimi İsti səhrada yerləşən gölün sentyabrdan maya qədər temperaturası 52 °C qədər qalxır. Oktyabrdan aprelə qədər yüksək rütubətli yağışlar yağır və havanın temperaturu 34 °C aşağı düşmür. Güclü, quru və isti küləklər mühitin bir hissəsidir. Aylıq temperatur fərqi 6 °C olduğu bildirilir."A life of constant thirst beside Djibouti's Lake Assal" . British Broadcasting Corporation (BBC). 4 dekabr 2010. Yay mövsümü ərzində quru, isti küləklər iki istiqamətdən əsir: Sabo küləyi cənub-qərbdən və Hamsin küləyi şimal-qərbdən. Hərdənbir yağan yağışlar nəticəsində, oktyabrdan aprelə qədər külək şərqdən əsir."Geothermal Development in the Assal Area in Djibouti."  (pdf). Djibouti Environmental Management Plan. pp. i–xi,26, 29–30.

Göl suyunun temperaturu isə 33-34 °C, amma küləyin sürəti və buxarlanma az olanda səth suların temperaturu 20 °C olur."Assal Lake – Djibouti" . tixik.com.Walter Andrew Bell (1929). Horton-Windsor district, Nova Scotia . F.A.Acland, Printer.  Gölün dayaz dərinliklərində göl suyunun rəngi də dəyişir və kiçik müddətdə lüminessensiya rənglərinə boyanır.Michael Hodd (22 mart 2002). East Africa handbook: the travel guide. Footprint Travel Guides. pp. 947–. ISBN 978-1-900949-65-1.

İstinadlar

Kateqoriya:Cibuti gölləri Kateqoriya:Krater gölləri Kateqoriya:Ən ekstremal yerlər