Poxlu dərə — Bakının Şimal-Şərq tərəfində,Qılman İlkin. Bakı və bakılılar. Bakı, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2006, səh. 97. Qanlı təpənin ətəyindəki,Qılman İlkin. Bakı və bakılılar. Bakı, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2006, səh. 141. indiki Təzə Bazarın yerləşdiyi dərə.Qılman İlkin. "Köhnə Bakını tanıyırsanmıʔ" Bakı, "Şirvannəşr", 2004, səh. 29.

Adının mənşəyi XIX əsrin ortalarınadək, yəni Bakıda kanalizasiya düzələnədək həyətlərin nəcisləri xüsusi arabalarla gecə vaxtı daşınaraq, şəhər xaricinə çıxarılırdı. Bu məxsusi arabalar iri ağızları olan dəmir və taxta çəlləklər düzəldilirdi. Həmin zamanlarda şəhərdə yüzə qədər belə araba var idi. Arabaçılar öz yüklərini adətən şəhərdən çox kənarda olan indiki Təzə Bazarın yerləşdiyi dərəyə boşaldırdılar. Yayın isti aylarında üfunətdən bu ərazidən keçmək mümkün deyildi. Elə həmin vaxtdan da bu dərə "Poxlu dərə" adlanır.

Həmin dövrlərdə bu yerlər şəhərin kənarı idi. Lakin sonralar şəhər böyüdükcə nəcis daha uzağa daşınırdı. Bundan sonra bu ərazidə şəhərin kasıb və imkansız təbəqəsindən olan sakinləri məskunlaşmışdır.Solmaz Rüstəmova-Tohidi. Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə. Bakı, 2013, səh. 69.

Mart soyqırımı

Mart soyqırımı zamanı bu ərazidə çox az adam sağ qalmışdı.Solmaz Rüstəmova-Tohidi. Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə. Sənəd № 51: Dindirmə protokolu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi, fond 277, siyahı 2, iş 13, vərəq 50-51.) , Bakı, 2013, səh. 137. Hələ martın 19-da ermənilər demək olar ki, şəhərin "Poxlu dərə" ərazisindəki yaşayış məskənlərini tamamilə məhv etmişdilər.Solmaz Rüstəmova-Tohidi. Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə. Sənəd № 1: Dindirmə protokolu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi, fond 277, siyahı 2, iş 14, vərəq 49–52) , Bakı, 2013, səh. 93. Müsəlmanlar burada martın 31-dək cəsədləri yığışdırıb qurtara bilmirdilər.Solmaz Rüstəmova-Tohidi. Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə. Sənəd № 1: Dindirmə protokolu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi, fond 277, siyahı 2, iş 14, vərəq 49–52) , Bakı, 2013, səh. 94. Buradan meyitləri müsəlmanlar qəbiristanlığa aparırdılar. Lakin sonrakı vaxtlarda təsadüfən burada torpağa çox da dərindən basdırılmamış 57 müsəlman qadının cəsədi aşkar edilmişdi.Solmaz Rüstəmova-Tohidi. Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə. Sənəd № 8: Dindirmə protokolu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi, fond 277, siyahı 2, iş 14, vərəq 1–4) , Bakı, 2013, səh. 104.

Həmçinin bax Bakı nəcis nəqliyyatı

İstinadlar

Xarici keçidlər FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

Kateqoriya:Bakı