Geğard (, [geghárd], hərfi tərcümədə — "nizə"), həmçinin köhnə Əyrivəng (tərcümədə "mağara monastırı"Борис Владимирович Иогансон — Искусство стран и народов мира , Сов. энциклопедия, 1962, səh. 122–123) adı da istifadə olunur) – Ermənistan Respublikasının Kotayk mərzi ərazisində yerləşən unikalИгор Ушаков — 777 чудес света , т.2, səh. 107 memarlıq abidəsi və monastır kompleksidir. Monastır Qoğt çayının (Azat çayının sağ qolu) vadisində, paytaxt İrəvan şəhərindən təxminən 40 km cənub-şərqdə yerləşir. 2000-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına əlavə edilmişdir..

Dini tikilinin tam adı Geğardavəngdir (, [geghárdavánkh]), tərcümədə "nizə monastırı" mənasını verir. Monastır kompleksinin adı ehtimala görə Longin nizəsindən götürülüb; belə ki, məhz bu nizə ilə çarmıxa çəkilmiş İsa sancılmışdı. Deyilənə görə, Ermənistan ərazisinə həmin nizəni bir çox digər müqəddəs əmanətlər ilə birlikdə Həvari Faddey gətirmişdi. Nizə hal-hazırda Eçmiədzin kafedralının muzeyində saxlanılır.Jean-Paul Labourdette, Dominique Auzias — Армения , Petit Futé, səh. 180–181

Monastırın ətrafındakı qayalıqlar, Qoğt çay dərəsinin tərkib hissəsi sayılır və monastır kompleksi kimi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Kompleksə daxil olan məbədlərin bəziləri tamamilə qayaların içində yonulduğu halda, bəziləri qaya içində yonulmuş tikililərlə hörgü memarlığının mürəkkəb birləşməsi nəticəsində formalaşdırılmışdır.Степан Хачатурович Мнацаканян, Констандин Левони Ховнаннисян, Александр Арамович Саинян — Очерки по истории архитектуры древней и средневековой Армении, Изд-во АН Армянской ССР, 1978, səh. 123–125, 143–146 Monastır kompleksinin ərazisində çoxlu sayda daş divarların daxilində oyulmuş və ya sərbəst dayanan "xaçkarlar" — yəni ənənəvi erməni daş xatirə stelaları yerləşir.Арцвин Григорян, Нонна Степанян — Ереван, Гарни, Гегард, Эчмиадзин, Аштарак, Изд-во "Искусство", 1985, səh. 160–163 Ermənistanda turistlər tərəfindən ən çox ziyarət olunan tarixi abidə məhz Geğard monastırı hesab olunur.Монастырь Гегард , Армянское Бюро путешествий, İstifadə tarixi: 21 mart 2015

Geğarda gələn insanların çoxu həmçinin yaxınlıqda, yəni Azat çayının aşağı axınında yerləşən Gərni məbədini də (hansı ki, öz quruluşuna görə məşhur Parfenon məbədini xatırladır) ziyarət üçün seçirlər. Hər iki yerə ziyarət o qədər geniş yayılmış bir haldır ki, ekskursiya qısaca olaraq "Gərni-Geğard" adlandırılır.Nver Antonyan — Armenian Churches Around The World , vol. I, səh. 101–111

Tarix 280px|thumbnail|left|Longin oxu, Üçkilsə, monastır kompleksinin adı bu relikviyadan qaynaqlanır. Monastırın əsası IV əsrdə, mağarada başlanan müqəddəs bulağın yerində qoyulmuşdu. Buna görə də, monastır başlanğıcda Əyrivəng () adlanırdı (tərcümədə "mağara monastırı"). Rəvayətə görə, monastırın təsisçisi Maarifçi Qriqori idi.MONASTERY OF GEGHARD , worldheritagesite.org, İstifadə tarixi: 21 mart 2015

İlk monastır binası IX əsrdə ərəblər tərəfindən məhv edilmişdi. Əyrivəngin daha öncəki tikililərindən heç birisi salamat qalmamışdı. IV, VIII və X əsrlərdə yaşamış erməni tarixçilərinin məlumatına görə, monastır kompleksinə dini tikililərdən əlavə olaraq, həmçinin yaxşı təchiz edilmiş yaşayış və xidmət binaları da daxil idi. 923-cü ildə Ərəb xilafətinin vitse-regenti Nəsr Ermənistan ərazisinin idarə olunması üçün təyin edilmişdi və onun dövründə Əyrivəng çox ciddi zədələnmişdi; o, bütün qiymətli əşyaları və o cümlədən nadir əlyazmaları talan etmiş, əzəmətli monastır binalarını isə yandırmışdı. Daha az əhəmiyyətli zərərə isə zəlzələlər səbəb olmuşdu.Николай Михаилович Токарский — Гегард, Академия архитектуры СССР, 1948, 35 səh.

Yazılı kitabədə 1160-cı il qeyd olunmasına baxmayaraq, əsas kapella iki qardaş İvane və Zakare Zaxaryanın himayəsi altında 1215-ci ildə inşa edilmişdi.Александр Арами Сахиниан – Архитектурные памятники Гарни и Гегарда, Айастан, 1969, səh. 28–41 Onların hər ikisi, türklərdən Ermənistanın böyük bir hissəsini azad Gürcü krallığının hökmdarı Tamaranın sərkərdələri idilər. Qismən azad duran, qismən isə qaya içinə oyulmuş Qavit (və ya pritvor) 1225-ci ildə, qaya süxurlarının daxilində həkk olunmuş kiçik kilsələr isə XIII əsrin ortalarında inşa edilmişdi. Bunun ardından, monastır Zakaryanların canişini və Proşyan knyazlığının əsasını qoymuş knyaz Proş Hahbakyan tərəfindən alınmışdır. Qısa müddət ərzində, Proşyanlar ikinci mağara kilsəsi, tayfa sərdabəsi, Papak və Ruzakanın jamatunu, görüş və təlim otağı (XX əsrin ortalarında dağılıb), keşiş hücrələrinin və digər Geğarda layiqli şöhrət qazandırmış mağara tikililərin inşaatına başlamışdılar. 200px|thumbnail|right|Qayada yonulmuş kapellanın girişi və xaçkarlar Qavitin şimal-şərq hissəsində uzanan otaq 1283-cü ildə Proş Hahbakyanın türbəsinə çevrilmişdi. Burada həmçinin bitişik otaq da vardır — otağın girişini Proşyan sülaləsinin gerbi (caynağında quzunu saxlayan qartal) bəzəyir. Qavitin qərbindəki pilləkənlər 1288-ci ildə Papak Proşyan və onun həyat yoldaşı Ruzakan üçün oyulmuş dəfn otağına aparır. 1200-cü ildə Proşyanlar monastır kompleksini su sistemi ilə təchiz etmişdilər. O dövrdə Geğard həm də "Yeddi kilsə monastırı" və ya "Qırx altar monastırı" kimi tanınırdı. Hər tərəfdən monastırı qayalıqlar, mağaralar və xaçkarlar əhatə edir. Monastır uzun müddət çalışmırdı və qış aylarında əsas kilsə qarapapaqlı köçərilərdən sığınacaq kimi istifadə olunurdu. Bütün bunlara Ermənistanın Rusiya imperiyasının ərazisinə qatıldıqdan sonra son qoyulmuşdu; belə ki, Eçmiədzindən olan bir neçə rahib monastırda yenidən əvvəlki ibadət ənənələrini geri qaytarmağı bacarmışdı. Günümüzə qədər monastır kompleksində salamat qalmış bütün dini tikililər ziyarət yeri və Ermənistanın ən vacib mədəni və turizm məkanlarından biri hesab olunur.

Geğard həmçinin uzun illər boyunca qoruyub saxladığı müxtəlif müqəddəs əmanətləri ilə də tanınır. Onlardan ən dəyərlisi — çarmıxa çəkilmiş İsa Məsihi sancan (yüzbaşı Longin tərəfindən) nizədir. Güman edilir ki, nizə apostol Faddey tərəfindən Ermənistana gətirilmiş və məhz bu səbəbdən də monastır öz hazırkı adını qazanmışdı. "Geğardavəng" adı ilk dəfə 1250-ci ilə aid sənədli mənbələrdə qeyd olunmuşdu. Bu faktın özü monastırı əsrlər boyu ermənilər üçün məşhur ziyarətgah yerlərindən birinə çevirmişdi. Apostollar Andrey və İoannın müqəddəs əmanətləri isə monastıra XII əsrdə bağışlanmışdı. Mömin ziyarətçilər sonrakı əsrlər boyunca monastıra əlavə torpaq ərazilərini, pullar, əlyazmalar və s. bu kimi hədiyyələr bağışlayırdılar. XII əsrdə mağara hücrələrinin birində məşhur erməni tarixçisi Mxitar Ayrivanetsi yaşamışdı. Əfsanəvi nizədən savayı, tətbiqi incəsənətə aid heç bir əşya qorunub saxlanılmamışdı. Nizə dəstəyinin sonuna kənarları genişlənən yunan xaçı ilə bəzədilmiş rombşəkilli lövhə əlavə olunub. Hal-hazırda Eçmiədzinin xəzinəsində saxlanılan həmin nizəyə 1687-ci ildə xüsusi gümüş və qızıl suyuna çəkilmiş xüsusi bir örtük hazırlanmışdı. Bu örtük, XVII əsr erməni sənətkarlığının ən bariz nümunələrindən sayılır.

Kompleks thumb|lright|300px|Monastır kompleksinin planı Əsas (qərb) girişinin yuxarısında kiçik mağara hücrələri yerləşir, yaxınlıqdakı təpənin yamaclarında isə kapella, xaçkar və digər tikililər oyulmuşdur. Kompleks üç tərəfdən qala divarları, bir tərəfdən isə sıldırım qayalarla əhatə olunur, məbəd boyunca irəlilədikcə qurban mərasimləri — matağ zamanı istifadə olunan ikinci (şərq) qapısı, həmçinin dərə üzərindən keçən körpü ilə qarşılaşırsan.

Monastır həyətin perimetri boyunca yerləşən bir və ikimərtəbəli xidməti otaqlar, tikildiyi dövrdən bu yana düz iki dəfə yenidən qurulmuşdular (ilk dəfə XVII əsrdə, daha sonra isə 1968–1971-ci illərdə). Məlumdur ki, rahiblərdən əksəriyyəti qala divarlarının hüdudları kənarında yerləşən qayanın içində yaradılmış həmin bu hücrələrdə yaşayırdı.

Qayaların bütün uzunluğu boyunca xaçkarlar həkk olunmuşdu. Əsas mağara tikililərini əhatə edən 20-dən artıq müxtəlif forma və ölçülərə malik tikililər möhkəm qaya massivindin üzərində oyulmuşdu. Onlardan hansılar ki, kompleksin qərb hissəsində yerləşir, daha çox xidməti məqsədlər üçün nəzərdə tutulurdu, yeridə qalanları isə — yarımdairəvi apsidası olan düzbucaqlı kapella və altardır. Ərazidə həmçinin bir tək giriş qapısı olan qoşa və üçlü da mövcuddur, həmin qapılar zəngin ornamentlərlə bəzədilib. Monastır kompleksinin daxilində, ölənlərin xatirəsini daim əziz tutmaq və ya keçmişdə kilsəyəbağışlanılan hədiyyələr haqqda məlumat vermək məqsədilə, qayalarda və ya tikililərin divarlarında çoxlu sayda nəfis işlənilmiş xaçkarlar yerləşir.Lucy Der Manuelian – The monastery of Geghard: a study of Armenian architectural sculpture in the 13th century, Boston University, 1980, səh. 732–736

Katogike Yazılı abidələrdə 1160-cı il qeyd olunmasına baxmayaraq, əsas kilsə, yəni Katogike qardaşlar İvane və Zakarenin himayəsi altında 1215-ci ildə inşa edilmişdi.Вараздат Мартиросович Арутюнян, Вараздат Мартиросович Арутюнян – Каменная летопись армянского народа, Изд-во "Советакан грох", 1985, səh. 42–48 O, kompleksin ən böyük və ənənəvi olaraq ən çox ehtiram bəslənilən kilsəsidir. Kilsə alınmaz bir dağın düz qarşısında inşa edilib. Kilsə planının xarici konturları kvadrata daxil edilmiş bərabərqollu xaçı xatırladır və dördkünc əsasın üzərində yerləşən günbəzlə örtülmüşdür. Künclərdə isə ikimərtəbəli, silindrik qübbəli və xarici divara çıxan pilləkənli kapellalar vardır. Kilsənin daxili divarları monastıra gətirilən hədiyyələr barədə çoxlu yazılar ehtiva edir.Николай Михайлович Токарский – Архитектура древней Армении,Изд-во Академии наук Армянской ССР, 1946, səh. 124–128

Katogikenin cənub fasadında gözəl oyma bəzəklər ilə bəzədilmiş qapılar quraşdırılıb. Timpan nar ağacının budaqlardan sallanan meyvələrin və ona sarmaşan üzüm çiçəklərinin şəkilləri ilə bəzədilib. Göyərçin fiqurları günbəzlə xarici daşıyan konstruksiya arasında yerləşir. Göyərçin başları qapı tərəfə çevrilib. Kilsə qapısının üzərində şirin öküzə hücumu təsvir olunmuşdu; bu cür ornamentlər knyaz qüdrətini simvolizə edir.

Günbəzin üstü tağlı təbili ətraflı olaraq quşların və heyvanların başlarını, eləcə də insan şəxslərini relyef şəklində təsvir edir.

Qavit 180px|thumbnail|right|Qavitdə yerləşən 1213-cü ilə aid xaçkar, usta Timot və Mxitar Əsas kilsədən qərb istiqamətində yerləşən qayalıqda riznitsa bərkidilib. Əsas kilsə ilə yeraltı yollar vasitəsilə birləşən riznitsa, 1215–1225-ci illər arasında inşa olunmuşdu.

4 ədəd massiv və azad şəkildə dayanan sütun, öz üzərində dəlikli daş qübbəni saxlayır. Qübbənin mərkəzindəki dəlikdən otağa işıq düşür. Sütunların müvafiq yerləşməsi sütun nəticəsində əmələ gələn periferik otaqların müxtəlif damları vardır, halbuki mərkəzi otağın günbəzlə stalaktitlərlə örtülmüşdür — bu cür memarlıq üslubu və texnikası, Ermənistan ərazisində ən yaxşı nümunələrdən biri hesab olunur. Qavit təlim və sərbəst toplanış, eləcə də uzun yol qət edən zəvvarları qəbul etmək üçün üçün istifadə olunurdu.

Qərb darvazaları kompleksin başqa giriş hissələrindən, özünün mükəmməl nəbati naxışları ilə fərqlənir. Timpanın səthi, müxtəlif formalı gül ləçəkləri olan böyük gül və onlarla birləşən budaq və uzunsov yarpaq ornamentlərindən ibarətdir.Шмавон Рубенович Азатян – Порталы в монументальной архитектуре Армении IV–XIV вв, Советакан Грох, 1987, səh. 43–45

Bulaqlı qaya kilsəsi 200px|thumbnail|left|Kilsənin qayadan yonulmuş stalaktitli gümbəzi İlk mağara kilsəsi — yəni Avazan (hərfi mənası "bulaq"), qavitdən şimal-qərb istiqamətində yerləşir. O, 1240-cı ildə qədim bulaqlı bir mağaranın (bütpərəstlik dövründə ibadət yeri) yerində inşa olunmuşdur.