İtaliya Respublikasına xidmətinə görə ordeni () — İtaliya respublikasının ən yüksək mükafatı.

Tarixi Orden ilk dəfə 1951-ci ildə İtaliya prezidenti tərəfindən təsis edilmişdir. Ordenin rəhbəri İtaliya prezidentidir. Ordenə 16 Kansler daxildir.

3 mart 1951-ci il tarixli 178 nömrəli qanunla müəyyən edilmişdir (1952-ci ildən qüvvəyə minir). Orden ədəbiyyat, incəsənət, iqtisadiyyat, xeyriyyəçilik, ictimai və humanitar fəaliyyət sahələrində xalqa əhəmiyyətli xidmətləri ilə tanınan şəxslər üçün nəzərdə tutulub. Eləcə də mülki və hərbi hökumət rəsmilərinə görkəmli nailiyyətlərə görə təqdim edilir.

Orden 1951-ci ildə ləğv edilmiş Annunziata (), İtaliya Tacı () və Müqəddəslər Maurizio və Lazzaro () kral ordenlərini əvəz etdi.

30 mart 2001-ci ildə yeni orden nişanları təsis edildi.

Mükafatlandırma proseduru Orden İtaliyanın Baş nazirinin razılığı ilə İtaliya Prezidenti tərəfindən verilir. Xüsusi hallarda Prezident öz təşəbbüsü ilə ordenlə təltif edə bilər.

Adətən, mükafatlandırma mərasimi ildə iki dəfə keçirilir: 2 iyun (Respublikanın yaranma günü) və 27 dekabr (Konstitusiya günü).

Bir qayda olaraq, mükafatlar arasında interval ən azı üç il olmalıdır. Senatorlar və deputatlar təqaüdə çıxana qədər ordenlə təltif edilə bilməzlər.

İstinadlar

Kateqoriya:İtaliya mükafatları Kateqoriya:"İtaliya qarşısında xidmətlərə görə" ordeni ilə təltif edilənlər