Börqefyell Milli Parkı () — Norveçin Norland və Nur-Trendelaq bölgələrində yerləşən milli park. Şərqdən İsveç ilə sərhəddədir. 1963-cü ildə qurulmuşdur.
Coğrafiya 9 avqust 1963-cü ildə 100 km² sahədə qurulan milli park 1971 və 2003-cü illərdə genişləndirilmişdir. Hazırda sahəsi 1.447 km²-dir.
Milli parın qərb hissəsində dağ silsiləsi uzanır. Simskardvatnet və Orrevatnet gölləri parkdakı ən böyük göllərdir. Bundan əlavə milli parkdan Jengelvassdraqet, Vefsna və Namsen çayları keçməkdədir.
Biologiya thumbnail|Yayda qütb tülküsü|left Parkda 300-ə qədər bitki növü vardır. Parkın böyük hissəsini tozağacılar təşkil edir. Küknar və şam ağaclarını da milli parkda görmək mümkündür. Börqefyelldə ən çox görünən yırtıcılar qırmızı tülkü, gəlincik, dələ və qaqımdır. Susamurunu da görmək mümkündür.
Parkda xeyli miqdarda qütb tülküsü yaşayır, Amma ən geniş yayılmış məməli qütb porsuğudur. Boz ayı və vaşaq da milli parkın daimi sakinlərindəndir. Parkın su bölgələri və bitki örtüsünə sahib torpaqlarla zəngin olması quşların geniş yayılmasına səbəb olmuşdur. Ən geniş yayılmış yırtıcı quş tüklüayaq sardır. Parkda sahil quşları, ördəklər və yağış quşlarını görmək də olar.
İstinadlar
Kateqoriya:Norveç milli parkları Kateqoriya:1963-cü ildə yaradılmış qoruq əraziləri