Qrampian dağları ( ) — Şotlandiyanın şimal-şərqində yerləşən dağ sistemi. Qrampian dağları Şotlandiya dağlıq yaylasının cənub-şərq hissəsini təşkil edir. Hündürlüyünə görə Böyük Britaniyanın ən yüksək dağ silsiləsidir. Ərazinin ən hündür zirvəsi olan Ben Nevis həm də Böyük Britaniyanın ən hündür dağıdır. Coğrafiyası Qrampian dağları Şimal-qərb dağlıq yaylasından Qreyt Qlen (Qreyt Mor) tektoknik sınma zolağı vasitəsi ilə ayrılır. Şimal-qərb və Qrampian dağları birlikdə Şotlandiya dağlıq yaylasını formalaşdırır. Qrampian dağları Şotlandiya ərazisinin üçdə bir hissəsini təşkil edir. Ərazinin ən hündür zirvələri Ben Nevis (1344 m) və Ben Makduidir.(1309 m) Bu zərvələr Qrampian dağlarının bir hissəsi olan Kerinqorum dağlarında yerləşir. Dağlıq qurşağın şimal sərhəddi Kaledon kanalından keçir. Qrampian dağlarının 300-dən çox zirvəsi var ki, bunlarında çoxu 500-900 metr hündürlüyə malikdir. Əksər zirvələr dik və çətin keçiləndir.

Ümümilikdə Qrampian dağları 10 fərqli dağ sistemindən ibarətdir : Spin Brice-Elgin Aberdeen tirəsi Kerinqorum dağları Fort William-Loch Erict Mərkəzi Qrampian Braemar-Montrose Loc Leven-Connel Bridge-Glen Loki Loc Rannoc-Loc Tay Clyde-Strak Tay Oban-Dunoon-Mull Geologiyası Dağların geoloji yaşı 200 milyon il hesab olunur. Ərazi maqmatik və metamorfik süxurlardan təşkil olunub. Ümumilikdə Qrampian dağlarının formalaşması Palezoyun sonu başlamış və Mezozoyun ortalarına qədər davam etmişdir. Demək olar ki, bütün dağlıq ərazidə kristallik süxurlar çox üzdə yerləşir və bəzən qranit, qneys, mərmər kimi süxurlar nazik torpaq qatı altında böyük məsafələri əhatə edir. İqlimi Ərazi mülayim dəniz iqliminə malikdir. Yanvar ayının orta temperaturu +5 — +7 °C arasında dəyişir. İyul ayı isə sərin keçir və orta ayliq temperatur +19 °C-dən yuxarı olmur. Orta illik yağıntı 1000 mm-dən yuxarıdır. İlin 100 günü qar örtüyü qalır. Daxili suları Əsas büyük çayları Tey, Spey, Kaui-Uoter, Don və Didir. Lox Ness, Lox Oix, Lox-Loxi şirin sulu və ən böyük gölləridir. Fauna və florası Qrampian dağları zəngin fauna və floraya malikdir. Bitki örtüyü arktik və alp qurşağına daxildir. Qeydiyyata düşən 363 növün 81 alp qurşağı üçün xarakterik bitkilərdi.J. C. Willis et I. H. Burkill, Flowers and Insects in Great Britain, Annals of Botany vol. 9 n° 34, juin 1895 Tey çayında dünya üzrə nəsli kəsilməkdə olan "Avropa molyuskaları"nın üçdə ikisi yerləşir. Şəkillər

İstinadlar

Kateqoriya:Şotlandiya coğrafiyası