Oxrid (, Oxrid, , , Axrida) — Şimali Makedoniya Respublikasının Oxrid bələdiyyəsində şəhər. Bu şəhər Oxrid gölü sahilindəki ən böyük şəhər olmaqla yanaşı, 2002-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 42.000-dən çox nəfər yaşayır. Bu isə Oxridi ölkəni səkkizinci ən böyük şəhəri edir. Oxrid ilin hər bir gününə bir kilsənin olduğu yer kimi məşhur olub və "Balkanların Qüdsü" kimi adlandırılıb."The Mirror of the Macedonian Spirit, Zlate Petrovski, Sašo Talevski, Napredok, 2004, ISBN 978-9989-730-38-2, səh 72: "… and Macedonia in the Cathedral Church St. Sofia in the Macedonian Jerusalem — Ohrid…" Şəhər mənzərəli evləri və abidələri ilə zəngin olduğuna görə turizm şəhərdə üstünlük təşkil edir. Şəhər Skopyenin cənub-qərbində, Resen və Bitolanın qərbində yerləşir. 1979 və 1980-ci ildə Oxrid və Oxrid gölü YUNESKO tərəfindən Mədəni və Təbii Ümumdünya irsi siyahısına salınıb. Faktiki olaraq, Oxrid həm Mədəni, həm də Təbii abidələr olan YUNESKO-nun Dünya İrsinin bir hissəsi olan 28 məntəqədən biridir.
Adı Qədim şəhər ehtimal olunur ki, "yüngül şəfəq" (λύχνος (lychnos))λύχνος , Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus, "işıq saçan qiymətli daş"(λυχνίς (lychnis, gen. lychnidos))λυχνίς , Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus, "işıqlı şəhər" mənasını verən latın (Lychnidus)Lychnĭdus , Harry Thurston Peck, Harpers Dictionary of Classical Antiquities (1898), on Perseus və yunan (Λύχνιδος (Lychnidos)) adları altında tanınırdı. Oxrid adına ilk dəfə 879-cu il protokollarında rast gəlinir. Belə hesab edilir ki, şəhərin adı təpənin üstündə mənasını verən Slavyan dilindəki vo hrid sözündən götürülüb (qədim Oxrid şəhərinin təpənin üstündə yerləşməsinə görə).Evans, Thammy, Macedonia, Bradt Travel Guides, 2012, səh.173 Makedon və digər Cənubi Slavyan dillərində şəhərin adı Oxriddir. Alban dilində şəhərin adı Ohër və ya Ohri, müasir yunancaya isə Ochrida (Οχρίδα, Ωχρίδα) və Achrida (Αχρίδα) kimi məlumdur.
Demoqrafiya 2002-cu ilin siyahıyaalmasına əsasən, 42,033 nəfər əhali yaşayır və etnik tərkib aşağıdakı kimidir:
makedonlar — 33 791 (80,4%) albanlar — 2 959 (7,0%) türklər — 2 256 (5,4%) digərləri — 3 027 (7,2%)
Şəhər sakinlərinin ana dillərinə aşağıdakılar daxildir: makedon — 34 910 (83,1%) alban — 3 957 (9,4%) türk — 2 226 (5,3%) digər — 1 017 (2,4%)
Şəhərin dini tərkibi aşağıdakı kimidir: Pravoslav xristianlar — 33 987 (80,9%) Müsəlmanlar — 7 599 (18,1%) digər — 447 (1.1%)
Əsas görməli yerləri thumbnail|left|Müqəddəs Bakirə Məryəm Bolniçka kilsəsi.
VXII əsr Osmanlı səyyahı Övliya Çələbinin müşahidələri nəticəsində yaranmış belə bir əfsanə var ki, şəhərin hüdudları daxilində 365 ibadət yeri var. Bu gün bu say nəzərə çarpacaq dərəcədə azdır.
Tarixi-mədəni abidələr Zeynalabidin məscidi Məhəmməd peyğəmbər məscidi Müqəddəs Sofiya kilsəsi Müqəddəs Panteleymon monastırı Müqəddəs İohann Kaneo kilsəsi Müqəddəs Klement kilsəsi Müqəddəs Georgi kilsəsi Müqəddəs Zaum kilsəsi Müqəddəs Naum monastırı İkona qalereyası Müqəddəs Petka kilsəsi Müqəddəs Stefan kilsəsi Erkən xristian vaxtlarına aid bazilikaların izlərinə rast gəlinir (məsələn, Müqəddəs Erazm bazilikası, IV əsr) Robevi evi, arxeologiya muzeyi Qədim Oxrid teatrı XIV əsr freskalarına malik Müqəddəs Vraçi kilsəsi. Kilsənin XIV əsr ikonaları 1996, 2003-cü illərdə buraxılmış Makedoniyanın 1000 denarlıq əsginaslarının üst tərəfində təsvir olunub.National Bank of the Republic of Macedonia . Makedoniya valyutası. Dövriyyədə olan əsginaslar: 1000 Denar (1996 buraxılışı) & 1000 Denar (2003 buraxılışı). – Yoxlanlıb: 18 aprel 2015.
Plaoşnikdə yerləşən və yenidən bərpa olunmuş Müqəddəs Panteleymon monastırı həqiqətən də, qərb dünyasında ən qədim universitetlərdən biridir.
Tədbirlər Oxrid Yay Festivalı — iyuldan avqustadək keçirilən illik musiqi və teatr festivalı Oxrid Xor Festivalı — avqustun sonunda təşkil olunan illik beynəlxalq xor festivalı Xalq Mahnı və Rəqslərindən ibarət Balkan Festivalı — iyul ayının əvvəlində təşkil olunan illik xalq mahnı və rəqs festivalı Balkan musiqi meydanı festivalı — bütün balkan dövlətlərinin etnik musiqiçilərinin iştirak etdiyi, avqusta təşkil olunan festival Oxrid Festivalı () — bütün balkan dövlətlərinin etnik musiqiçilərinin iştirak etdiyi, avqusta təşkil olunan festival. Bu festival debütant gecəsi, folklor gecəsi, estrada gecəsi, beynəlxalq gecə olmaqla, dörd gün müddətində təşkil olunur.
İstinadlar
Xarici keçidlər Oxrid, Makedoniya, görməli yerlər Oxrid (UNESCO)
Kateqoriya:Şimali Makedoniya şəhərləri Kateqoriya:Şimali Makedoniyadakı ümumdünya irsi Kateqoriya:Oxrid Kateqoriya:Keçmiş paytaxtlar